Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi''nin şansı bizdən çox deyil'' - “Sperantsa”nın prezidenti

''Neftçi''nin şansı bizdən çox deyil'' -  “Sperantsa”nın prezidenti

Tarix: 18 Iyun 2019 20:56

Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Moldovanın “Sperantsa” klubunun prezidenti Petru Efros püşkü dəyərləndirib.

Qol.az xəbər verir ki, 54 yaşlı klub rəhbəri Moldova mətbuatına müsahibəsində “Neftçi” ilə oyunların çətin olacağını bildirib.

- Püşkü necə dəyərləndirirsiniz?

- Çətin səfər olacaq, uzun yol gedəcəyik. Ancaq mənə elə gəlir ki, avrokuboklarda asan rəqib olmur. Hər kəslə mübarizə aparmaq olar. Kimlə düşmüşüksə, onunla da oynayacağıq.

- Yəqin ki, “Neftçi”nin hazırkı baş məşqçisi Roberto Bordinin əvvəllər Moldovada çalışması, onların informasiya toplamaq baxımından üstünlüyü olacaq...

- Əlbəttə ki, müəyyən məlumatlar əldə edəcək. Amma gəlin, bir şeyi yaddan çıxartmayaq ki, “Şerif” Bordinin rəhəbrliyi altındakı son oyununda öz meydanında “Sperantsa”ya uduzmuşdu. Həmin vaxt da komandamıza indi olduğu kimi Kristian Efros başçılıq edirdi. Bu nöqteyi-nəzərdən yanaşsaq, hər iki baş məşqçi bir-birini yaxşı tanıyırlar və dolğun informasiyalara malikdirlər.

- Komandanızın növbəti mərhələyə keçmək şanslarını neçə faiz dəyərləndirirsiniz?

- Onların şansı bizdən çox deyil. Xüsusilə də, mənim komandam güclü rəqiblərə qarşı daha yaxşı hazırlaşır. Oyunçularımız özlərini avrokuboklarda göstərmək üçün can atırdılar. Buyurun, oynayın və qələbə qazanın.

 


Etiketlər:  Neftçinin şansı bizdən çox deyil Sperantsanın prezidenti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ