Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yuxuda Bıçaq görmək

Tarix: 9 Fevral 2016 22:03


Yuxuda bıçaq görmək pis əlamətdir, belə ki, ayrılıq, mübahisələr və işlərdə uğursuzluqlara işarədir. Paslı bıçaq görmək ailədə narazılıq və sevgili ilə ayrılığa işarədir. İti və cilalanmış bıçaq həyəcana işarədir. Sınıq bıçaq bütün ümidlərin boşa çıxmasına işarədir. Yuxuda bıçaqla yaralanmısınızsa, bu, evdə xoşagəlməz hadisələr və rəqiblərinizin fitnələrinə işarədir. Subaylar üçün belə yuxu həqarət və rüsvayçılığa işarədir. Yuxuda özünüz kiminsə üstünə bıçaqla hücum etmisinizsə, bu o deməkdir ki, pis xasiyyətiniz üzə çıxacaq; özünüzdə ədalət hissini aşılamaq üçün çoxlu səy göstərməlisiniz.


Yuxuda bu rəmz hadisələrin bolluğu, düşmənlər, xəyanət deməkdir. Yuxuda ev adamları üçün nahar hazırlayarkən əlinizi kəsməniz yaxınlarınızın sizin xarakterinizi cilovlamağa cəhd etdikləri, lakin bütün bunların ailə dava-dalaşına və mübahisələrə gətirib çıxaracağı deməkdir. Yuxuda bıçağın əlinizdən düşməsi naməlum kişinin sizə gəlməsi deməkdir. Yuxuda kiminsə bıçaqla kürəyinizə zərbə endirməsi reallıqda düşmənlərinizn küncdən sizə xain zərbə vurmaq cəhdləri barədə xəbərdarlıq edir. Ehtiyatlı olun! Əgər yuxuda sirli naməlum şəxsin əlində bıçaq sizə hücum etmək istəməsi şəxxsi həyatınızda dəyişiklikdən xəbər verir. Yuxuda kimisə bıçaqla vurduğunuzu görmək və o qurbanı qanına bulayırsa, sizi həyatda ujlu babalarınızın natəmiz hiylə və fəsadlarının səbəb olduğu bədbəxtlik sizi izləyəcək. Siz yalnız o zaman fəlakət və bədbəxtlikdən qaça bilərsiniz ki, öz həyatınızı adamlara xidmətə həsr edəsiniz. Əgər yuxuda bıçaq dəsti hədiyyə alırsınızsa, ayıqlıqda sizi amansızcasına aldadacaqlar.


Etiketlər:  Yuxuda Bıçaq görmək


RƏYLƏR

ƏN ÇOX OXUNAN MƏQALƏLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ