Tarix: 9 Fevral 2016 22:04
Yuxuda buz görmək pis hadisələrə işarədir. Pisniyyətli insanlar sizin üçün ən qiymətli işdə sizə zərər yetirməyə fürsət axtaracaqlar. Təmiz suda üzən buz görmək o deməkdir ki, xoşbəxtliyinizin sonu gəlib və buna səbəb yad bir adamın paxıllığıdır. Yuxuda buz üzərində gəzirsinizsə, bu o deməkdir ki, azmüddətli əylənəcə ucbatından siz pz rahatlığınız və digərlərinin sizə hörmətini təhlükə altında qoyursunuz. Gənc qadın yuxuda buz üzərində sürüşürsə, bu o deməkdir ki, yalnız nazik pərdə onu rüsvayçılıqdan qoruyur. Evin damındakı sırsıralar yoxsulluq və məişət rahatlığından məhrum olmağa işarədir. Bu yuxu, həmçinin, sağlamlığınızın pisləşəcəyinə işarədir. Sırsıralar iztirablara işarədir. Həmişəyaşıl ağaclarda sırsıralar sizin parlaq gələcəyinizin kədər və qəmlə müşayiət olunacağına işarədir. Yuxuda buz hazırlayırsınızsa, bu, ağılsız eqoistliyiniz ucbatından işlərinizdə uğursuzluğa işarədir. Yuxuda buzu dişinizlə sındırırsınızsa, ola bilsin ki, xəstələnəsiniz. Buzlu su içmək də buna işarədir.