Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yuxuda Bədən görmək

Tarix: 9 Fevral 2016 22:04


Yuxuda özünüzü necə görməyiniz real həyatda öz bədəninizi necə gördüyünüzdən xəbər verir. Bəzən yuxuda bədəniniz sizə ideal, bəzən də eybəcər görünür. Bu özünüzü necə hiss etməyiniz və sizin qənaətinizə görə digərlərinin gözündə necə görünməyinizlə bağlıdır. Bir qayda olaraq öz bədəniniz haqqında düşünmə sizin özünüzə insan kimi münasibətinizi əks etdirir. Bəzən yuxuda bədəniniz tanımadığınız tərzdə dəyişilir.Buna boyun uzanması və ya qısalması, bədənin elastikliyinin artmasını misal göstərmək olar. Bu dəyişikliklər böyük etibarilə problemlərin həllində üstünlük verdiyiniz metodları əks etdirir, lakin onlar da bədənin məhdudlaşdırılmış imkanlarını və yaxud əksinə ondan tam istifadəni simvolizə edə bilər. Yuxuda rast gəlinən digər variantlara insanın başqa formalara transformasiyası aiddir. Belə dəyişmələr mənasız və əyləncəli, hətta bəzən qorxuducu da ola bilər.Bəzən hansısa məqsədə çatmaq üçün heyvan formasına düşürük. Bütün bu şəklini dəyişmələr əminlilik hiss etdiyimiz, ya da xarakterimizin zəifliyini aşkar etdiyimiz ünsiyyət sahələrinə uyğun olur. Yuxuda və real həyatda gördüyünüz bədəniniz bir-birinə uyğun gəlirmi? Yuxuda bədəniniz daha pisdirsə, bu öz məqsədinizə nail olmağa mane olurmu və ya sadəcə əlavə (lakin qarşısı alına bilinən) əngəl hesab olunur?


Etiketlər:  Yuxuda Bədən görmək


RƏYLƏR

ƏN ÇOX OXUNAN MƏQALƏLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ