Tarix: 9 Fevral 2016 22:10
Yuxuda çaxır içirsinizsə, bu sizə sevinc və dostluq əlaqələri vəd edir. Çaxırla dolu şüşəni sındırmaq böyük dəbdəbəyə, bolluğa işarədir. Çaxırı bir qabdan başqasına tökmək məşhur yerlərə səyahət və müxtəlif əyləncələrə işarədir. Gənc qadın üçün yuxuda çaxır içmək yaxşı əlamətdir, o, varlı və mərd, alicənab bir insana ərə gedəcək. Yuxuda çaxır şüşələri və çəlləkləri ilə dolu zirzəmiyə düşmək xoş hadisələrə işarədir.