Tarix: 9 Fevral 2016 22:10
İnsan yuxuda çaya düşübsə və ağzına su dolubsa,vacib şəxsə çevriləcək. İnsan yuxuda boğulursa, lakin sonda qurtulursa, həyatda varlanacaq. İnsan yuxuda çaya paltarla giribsə, bu, real həyatda möhkəm olacağına işarədir. Yuxuda suya düşmüsünüzsə və axına əks istiqamətdə üzmüsünüzsə, bu real həyatda düşməninin ona yardım edəcəyi və qulluq göstərəcəyinə işarədir. Coşqun, dalğalı suda üzmək məhkəmə davasına işarədir. Çayda çimmək itkilərə işarədir. Çayı keçmək xoşagəlməz hadisələrə işarədir. Yuxuda çaydan çıxmaq xoş xəbərlərə işarədir. Çayın üzərində bənd tikmək çətin məqamlara işarədir. Çayda tısbağa tutmaq qəm, kədər əlamətidir.İlan tutmaq zənginliyə işarədir. Balıq – ürəyinizdə olan arzuların yerinə yetəcəyinə işarədir.İnsan yuxuda çaydan gil daşıyırsa, həyatda ev tikəcəyinə işarədir. Çaya baş vurmaq o deməkdir ki, o, qəm-kədərdən uzaq olacaq.
Çay içmək –seçilmiş mühit; dərman çayı içmək – yüngül naxoşluq əlamətidir.