Tarix: 9 Fevral 2016 22:11
Yuxuda dava eləmək gözəl şeylərə dəlalət edər. Şansın açıq olmasına, ömrün uzunluğuna, qazancın və ruzinin bol olmasına və gözəl bir həyata dəlalət edər.
Yuxuda dava etmək
Yuxuda dava eləmək fikir ayrılığına, qarşıdurmaya, düşmənçiliyə, uzaqlığa və həqiqətən dava etməyə dəlalət edər. Yuxu sahibi əgər yalnız şifahi şəkildə döyüş etdiyini görsə bu da kədərə və sıxıntıya səbəb olacaq hadisələrin yaşanmasına işarə edər.
Yuxuda qılıncla dava etmək
Yuxuda odlu bir silahla və ya iti bir alətlə döyüşmək heyrət və qarışıqlıq yaradacaq işlərə işarə edər. Yuxuda qılıncla ya da silahla döyüş etdiyini görən adam heç kimin özündən gözləmədiyi bir şey edərək hər kəsi heyrətə salacaq deməkdir.
Yuxuda dava etmək bir neçə şəkildə şərh oluna bilər. Yuxuda cəmiyyətin bir-biriylə dava etməsi o cəmiyyətdə yoxluğun və qıtlığın olacağı mənasını verər. Əgər dava hökmdara, padşaha, şaha, sultana ya da prezidentə qarşı isə bu da etiketlərin və xərclərin düşərək alış gücünün artacağına işarə edər. Yuxuda biriylə döyüş etdiyini görən adam gerçəkdə də bir münaqişə və ya dava edəcək. Dava eyni zamanda qüdrətə və qüvvətə işarə edər. Bunun yanında biriylə tərsləşməyə, fikir münaqişə içinə girməyə və inanclar baxımından uzaqlaşmağa işarə edər. Əgər yuxuda adam əlində odlu bir silahla döyüşə tutuşmuşsa bu bir qadını baş-göz etmək mənasını verər. Əgər yuxu sahibi kəsici bir alətlə dava edirsə bu onun müqəddəs yolda döyüşərək bir qürur və zəfər qazanacağı mənasını verər.