Tarix: 9 Fevral 2016 22:12
Yuxuda dırnaq görmək xırda mükafat üçün çox əmək sərf etməli olacağınıza işarədir. Yuxuda dırnaqlarını qaydaya salmaq o deməkdir ki, xeyirli bir işlə məşğul olacaqsınız. Yuxuda uzun və ya sınıq dırnaqlar görmək xəstəlik və işlərdə uğursuzluğa işarədir. Yuxuda çirkli dırnaqlar görmək o deməkdir ki, hadisələrin real vəziyyətinə tənqidi yanaşmasanız, sizi rüsvayçılıq və bu kimi pis şeylər gözləyir.