Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yuxuda Doğuş görmək

Tarix: 9 Fevral 2016 22:13


Bu simvol həyati dəyişikliklər, işlərin həlli, nədənsə azad olmaqla bağlıdır. Yuxuda doğuşunuzun ağır olduğunu, lakin hər şeyin yaxşı başa çatdığını görmək işlərinizin həllində çətinlik olacağı, lakin buna baxmayaraq, hər şeyin yaxşı başa çatacağı deməkdir. Doğuşu qəbul etdiyiniz yuxu əhəmiyyətsiz hesab etdiyiniz hadisədə iştirakı, lakin onun nəticəsinin sizin üçün çox gözlənilməz olacağı deməkdir.Yaxınlarınızdan birinin doğuş zamanı öldüyünü görmək qohumlarınızla münasibətlərinizi yoluna qoymaq cəhdlərinizin alınamayacağını göstərir. Qəlbinizdə böyük rahatlıq hissi doğuran asan və sürətli doğuş işiniz özgəsini çiyninə yıxa biləcəyinizi və özünüzün rahat nəzfəs alacağınıza işarədirм. Əgər yuxuda özünüzün doğulduğunu görürsünüzsə, bu taleyin sizə öz həyatınız yenidən başlamaq şansı verdiyinə işarədir. Ola bilsin ki, bununla qəlbin sirli yeni forma alması, sizin nə vaxtda başqa ölçüdə və bədəndə yaşamağınızla bağlıdır. Sizin öz həyati dəyərlərinizə bir daha baxmağınız və öz təyinatınızı dərk etməyə cəhd etməyiniz vacibdir.


Etiketlər:  Yuxuda Doğuş görmək


RƏYLƏR

ƏN ÇOX OXUNAN MƏQALƏLƏR