Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əsa

Tarix: 9 Fevral 2016 22:19


Yuxuda əsa ilə adam görmək həyatınıza çox böyük dəyişikliklər edəcək insan və ya hadisənin daxil olacağına işarədir. İş adamı üçün belə yuxu vacib qərarın qəbul edilməsinə işarədir. Əlində əsa tutmaq kişiyə qadınlar arasında qeyri-adi populyarlıq vəd edir. Əgər qadın əlində əsa tutubsa, bu onun şəhvani hisslərdən zövq alacağına işarədir. Yuxuda əsa ilə əzəmətli bir adam görmək o deməkdir ki, sizin dostlarla ünsiyyətə və ətrafdakıların sizin qədr-qiymətinizi bilməyinə ehtiyacınız var. Əsa bahalı daş-qaşla bəzədilibsə, qəşəngdirsə, ətrafdakıların sizə qarşı hörmətinə işarədir. Əgər əsa qədim, köhnə vəziyyətdədirsə, sizi anlaşılmazlıq və tənhalıq gözləyir. Əgər yuxuda əsanı sındırmısınızsa, real həyatda başqa adam üçün vacib qərar, hətta özünüzü qurban vermək vəziyyəti gözlənilir. Yaşlı insan üçün belə yuxu tez və yüngül ölüm əlamətidir.


Əlində əsa tutmaq fəlsəfi düşüncələr və dünyagörüşünə işarədir.Yuxuda kimsə sizi əsa ilə vurubsa həyatınızda dəyişikliklərə səbəb olan insan peyda olacaq. Sıənıq əsa dərin kədər əlamətidir.Yuxuda əlində əsa tutaraq oturmaq hakimiyyətə gizli can atmağa işarədir.Yuxuda əsa və tac görmüsünüzsə, bu məhdudiyyətsiz hakimiyyətə işarədir.


Etiketlər:  Əsa


RƏYLƏR

ƏN ÇOX OXUNAN MƏQALƏLƏR


OXŞAR MƏQALƏLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ