Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ər, həyat yoldaşı

Tarix: 9 Fevral 2016 22:19


Yuxuda heç bir səbəbsiz əriniz sizi tərk edibsə, belə yuxu həyatda onunla bir müddət aranızda soyuqluq yaranacağına işarədir. Yuxuda ərinizlə dalaşırsınızsa və o sizi layiq olmadığınız şeylərdə ittiham edirsə, bu, yaxşı əlamətdir: real həyatda inam, etibar və hörmət əlamətidir. Lakin bu yuxu, digər tərəfdən, təhlükə haqqında xəbərdarlıq kimi də yozula bilər. Yuxuda ərinizi ölü görmək böyük kədərə işarədir. O, yorğun və solğun görünürsə, yaxınlarınızdan birinin xəstəliyinə işarədir. Amma yuxularınızda əriniz gülərüz və şaddırsa, sizi həyatda firavanlıq və yeni gözəl imkanlar gözləyir. Yuxuda əriniz başqasına vurulubsa, bu, evinizin ənənəvi görünüşündə dəyişikliklər etmək vaxtı olduğundan xəbər verir: həyatınız yeknəsəq deyilmi? Qadın yuxuda başqasına vurulubsa, yuxu onun əsl hisslərini ortaya çıxarır; o, ailədə tənhadır və yaxud da öz vəziyyətindən, həyat tərzindən razı deyil. Qız yuxuda ərə gedibsə, bu yuxu ona həyatda öz gözəlliyi və ləyaqətinə daha çox fikir vermək üçün xəbərdarlıq edir. Yuxuda əriniz sizi tərk edirsə və sizdən uzaqlaşdıqdan sonra daha da yüksəlirsə, bu əhatənizin münasibətlərdə harmoniya yaratmağınıza mane olduğuna işarədir. Bu yuxu xoşbəxtliyinizəmane olan əngəllərlə mübarizə aparmaq üçün bir işarədir. Yuxuda əriniz başqa qadınla birlikdə qalmaqalda iştirak edirsə və nəticədə öldürülürsə, bu boşanma və digər itkilərə işarədir. Belə yuxu gündəlik xoşagəlməz hadisələrə işarədir.


Etiketlər:  Ər həyat yoldaşı


RƏYLƏR

ƏN ÇOX OXUNAN MƏQALƏLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ