Tarix: 9 Fevral 2016 22:22
Yuxuda eynək görmüsünüzsə, deməli, həyatınızda tanımadığınız adamların səbəbkar olacağı xoşagəlməz dəyişikliklər baş verəcək. Yalançı insanlar sizin etibarınızdan sui-istifadə edəcəklər. Sınıq eynəklər o deməkdir ki, yaxın insanla ayrılıq sizi haram əyləncələrə sövq edəcək. Qoruyucu eynək görmək yaxınlığınızda olan çirkin, sarsaq insanların çoxluğuna qarşı xəbərdarlıq xarakteri daşıyır. Gənc qadın yuxuda qoruyucu eynək görübsə, bu, yalançı vədlərə boş yerə qulaq asdığına işarədir. Yuxuda eynək taxmaq zəhlətökən insanın sizi təngə gətirəcəyinə işarədir. Qız yuxuda sevgilisini eynəkdə görübsə, bu, labüd mübahisələr və ayrılıqlara işarədir.