Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yuxuda Gül Almaq Görmək

Tarix: 9 Fevral 2016 22:25


Yuxuda Gül Almaq Görmək


Yuxuda gül almaq, qadın olsun kişi olsun hər kəs üçün xeyirdir. Gül alan kimsə davamlı bir sevincə çatar. Ömürü bərəkətli olar və ruzisi davamlı olar. Gül alan adam gözləmədiyi yerlərdən sevincli xəbərlər alır. Ümid etmədiyi xoşbəxtliklərə qovuşar. Gül alan adama aldığı güldəki gözəllik miqdarın nemət çatar.


Yuxuda Gül Toplamaq


Yuxuda gül yığmaq da almaq qədər yaxşıdır. Gül yığan adam sağlam olar və xəstəliklərinə şəfa tapar. Yenə rahatlıq, əmin-amanlıq və uzun ömrə işarə etməkdədir. Yuxusunda gül yığanların ruzisi geniş, ömürü bərəkətli olar.


Yuxuda Gül İyləmək


Yuxuda gül iyləyən adam istədiyi kimi biri ilə evlənir. Bu yuxu ümumiyyətlə könül işlərinə işarədir. Evlənmək istəyən kimsə yuxusunda gül qoxlarsa qarşısına xeyirli bir qismət çıxar.


Yuxuda Solmuş Gül Görmək


Yuxuda solmuş gül görən uzun bir səfərə çıxar. Yenə bəzən bu tərz yuxular ayrılığa da dəlalət ola bilər. Yuxuda solan gülün təkrar açması kiçik bir ayrılıqdan sonra qovuşmaqdır.


Yuxuda Gül Görmək


Yuxuda gül görmək çoxu zaman xeyirdir və yaxşıdır. Yuxuda gül görən uzaq bir yaxınından xəbər alar. Könül əlaqələrində xeyirli qismətə çıxar. Subay bir qız üçün gül evliliktir. Kişi yuxusunda gül görsə işində yüksələcəyinə işarədir.


Yuxuda Gül Ağacı Görmək


Yuxuda görülən gül budağı çətinlikdən sonra gələn fərahlığa və rahatlığa işarədir. Gül budağında gül görən adam bir xoşbəxtliyə qovuşar.


Yuxuda fərqli rəngdə Gül Görmək


Gül ümumiyyətlə görüldüyü rəngə görə şərh olunar. Budağında qırmızı gül nəşə, sevinc və arzuların yerinə gəlməsidir. Budağında sarı gül görən, xəstələnər və ya pis bir söz eşidir. Ağ gül olduqca xeyirlidir. Ağ gül görən adam işində yüksələr, ümid etmədiyi mənfəətlərə çatar, xoşbəxt olar və nemətlərə qovuşar. Subay adam ağ gül görsə evlənər


Etiketlər:  Yuxuda Gül Almaq Görmək


RƏYLƏR

ƏN ÇOX OXUNAN MƏQALƏLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ