Tarix: 9 Fevral 2016 22:28
Əgər gənc qadın yuxuda həkim görübsə, bu o deməkdir ki, boş-boş əyləncələrə görə öz gözəlliyini qurban verə bilər. Əgər o, həqiqətən xəstədirsə və belə yuxu görürsə, bu zaman onu tezliklə öhdəsindən gələ biləcəyi xəstəlik və narahatlıq gözləyir. Əgər qadın yuxuda həkimə ərə getməyə hazırlaşırsa, bu, gələcəkdə yalan əlamətidir. Sizi müalicə etməyə çalışan fırıldaqçı həkim görmüsünüzsə, bu, həyəcan və xəstəlik əlamətidir. Əgər yuxuda diş həkiminə gəlmisinizsə, bu, peşmançılıq və təəssüf əlamətidir. Ola bilsin, yaxınlarınızın qeyri-səmimiliyi sizi kədərləndirəcək. Əgər yuxuda cavan qızın dişlərini müalicə edən diş həkimini görmüsünüzsə, dostlarınızın əhatəsində əsl dava gözlənilir.