Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

J-Yuxu Yozmaları

Tarix: 9 Fevral 2016 22:31


Jaluzi – Röyada taxta pəncərə pərdəsi – jaluzi görmək – yaxın vaxtlarda xeyirli bir xəbər alacağına, yaxud bir xəstəliyin carəsini bulub sağalacağınıza işarə sayılır.

Jandarma – Yuxuda jandarma görən adamı yaxın gələcəkdə böyük mübarizələr gözləyir və o, bu mübarizələrin sonunda qətiyyətli uğurlar qazanacaqdır.

Jambon (vetçina, donuz budu) – röyada jambon görmək və ya yemək – qərbli yuxu yozucularına görə, zənginliyə, var-dövlətə əlamət sayılır. Şərqin müsəlman yozucuları isə bu cür yuxuları xeyrə yozmur, uğursuzluq olaraq qəbul edirlər.

Jeton – Yaxşı pul qazanılacağına yozulur.

Juri – Röyada juri görmək – yaxın zamanda qələbəlik, bir bayram mərasiminin olacağına və röya sahibinin bu törəndə (mərasimdə) ön sıralarda bulunacağına yozulur.


Etiketlər:  J Yuxu Yozmaları


RƏYLƏR

ƏN ÇOX OXUNAN MƏQALƏLƏR