Tarix: 9 Fevral 2016 22:35
Yuxuda kiməsə nifrət edirsinizsə, bu o deməkdir ki, həyatda həmin adama qarşı qəribə, xoşagəlməz hissləriniz olacaq və onun haqqında şübhələriniz doğru olacaq. Yuxuda digər insanların sizə qarşı nifrətini hiss edirsinizsə, həyatda sizin xoş əməlləriniz onların eqoistliyi içində itib-batacaq. Gənc qadın yuxuda sevgilisinin ona nifrət etdiyini görübsə, bu, real həyatda ona heç bir şəkildə uyğun olmayan insanı sevəcəyinə işarədir. Bu yuxu həmçinin, ehtiyatsızlıq ucbatından yaxınlarınıza istəmədən zərər yetirəcəyiniz səhv hərəkətlərə işarədir.