Tarix: 9 Fevral 2016 22:43
Yuxuda nərdivan görmək irəliyə doğru hərəkətə işarədir. Enerji və imkanlarınız sizə iş dairəsində aparıcı mövqe tutmağa şərait yaradacaq. Nərdivanı qaldırmaq çiçəklənmə və sərhədsiz xoşbəxtliyə işarədir. Nərdivandan yıxılmaq ticarətçi üçün səmərəsiz səylər və kəndli üçün məhsulun az olacağına işarədir. Sınıq nərdivan görmək bütün işlərdə uğursuzluq əlamətidir. Endirilmiş nərdivan biznesdə məyusluq və istəklərin həyata keçməyəcəyinə işarədir. Nərdivanın köməyi ilə həbsxana və ya sürgündən qaçmaq o deməkdir ki, riskli addımlar olsa da sizi uğurlar gözləyir. Yuxuda nərdivana çıxarkən başınız fırlanıbsa, bu, yeni vəzifənizi sakit qarşılamayacağınıza işarədir. Yeni, daha yüksək vəzifəyə çatdıqdan sonra şıltaqlıq və hökmranlıq etmək istəyəcəksiniz.
——-
Nərdivan həyati yüksəlişlər və dünyanın çətinliklə əldə oluna bilən dəyərlərini qazanmaq əlamətidir. Tez-tez yuxuda nərdivan və ya pilləkəndən yıxıldığımız görürük. Istənilən halda yuxuda nərdivan görmək lazımi dəyərlərə nail olmağa işarədir. Yuxuda elə bir vəziyyətə düşmüsünüz ki, orada nərdivansız hərəkət etmək mümkün deyil – bu o deməkdir ki, maddi cəhətdən korluq çəkirsiniz. Yuxularda yuxarılara qalxmaq imkanınız yoxdursa, nərdivan vəziyyətdən yeganə çəxəş yoludur.