Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yuxuda prezident Görmək

Tarix: 9 Fevral 2016 22:51


Yuxuda prezident görmək görülə biləcək ən gözəl yuxulardan biridir, ən gözəl və ən müjdəli xəbərlərin alınacağına dəlalət edən bir yuxudur. Yuxuda prezident görən adam həyatı boyunca kədər, dərd, qəm yaşamaz, yoxluğa, qıtlığa, xəstəliyə düşməz, həyatı dinc və kefli keçər. Yuxu sahibinin həyatı uğurlar və zəfərlərlə dolu olacaq, bütün xəyalları reallaşacaq, bir adamın həyatda gələ biləcəyi ən üst nöqtəyə gələcək deməkdir. Əgər bir adam yuxusunda prezidentini əhvalı xarab, üzü asıq görsə bu dində fəsadlığa dəlalət edər. Əgər prezident kefli və xoşbəxtdirsə Allah qatında məqbul kimsə sayılmağa, zənginliyin artmasına və işlərin yoluna girməsinə dəlalətdir. Yuxusunda özünü bir ölkənin prezidenti olaraq görən adam cəmiyyətdə böyük bir möhtərəmlik qazanacaq və söz haqqına sahib olacaq deməkdir.



Yuxuda prezident ilə Danışmaq


Yuxuda prezident ilə danışmaq adamın dövlət qapısındakı işi üçün səlahiyyətli biri ilə görüşməsi və ya işində çox yüksək bir rütbə almasına işarə edər.



Yuxuda prezident ilə yemək yemək


Yuxuda prezident ilə yemək yediyini görmək yaxşı deyil. Yuxu sahibi bəzi problemlər yaşayacaq, əziyyətə, çətinliyə və darlığa düşəcək deməkdir.



Yuxuda prezident ilə salamlaşmaq


Yuxuda adamın prezident ilə salamlaşdığını görməsi çox xeyirlidir. Yuxu sahibinin çox səlahiyyətli və sərvət sahibi birinin yanında sığınmasına və onun sayəsində çörəyini çıxarıb, rahatlıq, bolluq və xoşbəxtlik içində yaşamasına dəlalət edər.



Yuxuda prezident ilə Telefonda Danışmaq


Yuxusunda prezident ilə telefonda danışdığını görən adamın rəsmi kanallar vasitəsilə həll etməsi lazım olan bir işi olduğu ya da rəsmi təşkilatlarda həll edilməsi lazım olan bir çətinliyi olduğu mənasını verər.



Yuxuda prezidenti ilə Namaz qılmaq


Bu çox xeyirli bir yuxudur, yuxu sahibinin dövlət böyüklərindən maddi ya da mənəvi kömək alıb, işini həll edəcəyi şəklində təbir edilər.


Yuxuda prezident olmaq


Bir kimsə yuxusunda özünün prezident olduğunu görsə və vəziyyəti də buna uyğun olsa,

O, o mövqeyə gəlir. Əks halda zənginliyə, etibara və ətraf genişliyinə şərh olunar.


Etiketlər:  Yuxuda prezident Görmək


RƏYLƏR

ƏN ÇOX OXUNAN MƏQALƏLƏR