Tarix: 9 Fevral 2016 22:52
Sizin uğurunuz yuxuda hansı paltarı geydiyinizdən asılıdır: bütöv və təmiz yaxud çirkli və cırıq. Yuxuda çox gözəl, lakin dəbdə olmayan paltar görmək o deməkdir ki, işiniz uğurlu olacaq, lakin qiymətli ideyalara etinasız yanaşacaqsınız. Dəbədn düşmüş paltardan imtina edirsinizsə, hazırkı əhatənizdən ayrılıb yeni iş və yeni sevgi əlaqələri quracaqsınız. Bütün bunlar sizi tamamilə dəyişəcək. Yuxuda özünüz və başqaları ağ rəngdə paltar geyinibsə, bu, qəmli dəyişikliklərə işarədir. Ağpaltarlı adamla gəzmək xəstəlik və kədərə işarədir. Bu, gənc qadın və uşaqdırsa, xoş hadisələr gözləmək olar. Özünü və başqalarını görmək mübahisələr və məyusluq və azruolunmaz yol yoldaşına işarədir. Sarı paltar görmək maraqlı əyləncələr və maliyyə uğurlarına işarədir. Yuxuda gözəl sarı rəngli parça görmüsünüzsə, sizi uğur gözləyir. Yuxuda mavi paltar geyinmək enerjinizin istəklərinizin həyata keçməsinə yardım edəcəyinə işarədir. Dostlarınız sizi dəstəkləyəcək. Tünd-qırmızı, moruq rəngli paltar geyinmək vaxtında niyyətiniz dəyişməklə qorxunc düşmənlərinizdən azad olacağınıza işarədir. Yaşıl paltar görmək çiçəklənmə və xoşbəxtlik əlamətidir. Yuxuda çoxrəngli paltaralr görmək qəfil dəyişikliklər və gələcəkdə yaxşı və pisin bir-birini əvəz edəcəyinə işarədir. Yuxuda paltar əyninizə yaraşmırsa, bu, bir çox əlaqələrinizin sonunun gəldiyinə işarədir. Ola bilsin, hansısa işdə səhvə yol verəcəksiniz. Qoca kiçi və ya cavan oğlanı gözəl bir kostyumda görmək o deməkdir ki, hansısa xoşagəlməz və əziyyətli iş gözrəcəksiniz. Qadının yuxuda paltrından xoşu gəlmirsə, bu yuxu onun uğur əldə etməkdə pis rəqiblərlə qarşılaşacağına işarədir. Qadın yuxuda başqalarının paltarına heyran olubsa, belə yuxu sevgilisinin qısqanclıq şübhələrinə işarədir. Qadın yuxuda paltarının hansısa detalının itdiyini görübsə, bu ticari işlərdə maneə və sevgidə əngəllərə işarədir. Gənc qadın yuxuda özünü qara paltarda görübsə, bu yuxu qəm və kədərə işarədir. Yuxuda qadın digər qadını moruq rəngli paltar və krepdən tikilmiş matəm duvağında görübsə, bu o deməkdir ki, onun özünə tay tutmadığı bir qadın rəqibinə çevriləcək. Acı kədər onu bütün qadınlara qarşı qəzəbləndirəcək. Çirkli və cırıq paltar yalana işarədir və tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı olmağa çağırır. Yuxuda çoxlu, əlvan rəngli paltarlarınızın olduğunu görmüsünüzsə, bu yuxu xəbərdarlıqdır: ehtiyatlı olun, əks təqdirdə səhv hərəkətlər sizi itkilərə apara bilər. Gənc insan üçün belə yuxu ümidlərin boşa çıxmasına işarədir. Pambıqdan tikilmiş yüngül, qəşəng paltar işlərin sizin xeyrinizə olmayacağına işarədir. Yuxuda pambıq parça uğurlu nigah və ərli qadın üçün evdə rahatlıq və anlaşmaya işarədir. Yuxuda özünü paltarsız görmək adınızın ətrafında dedi-qodulara işarədir. Çox vacib şəxsi paltarsız görmək sizə dəyərli insanlar üçün kədərlənəcəyinizə işarədir.
—
Yuxuda insan qara geyibsə, bu itkiyə işarədir.