Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

S-Yuxu Yozmaları

Tarix: 9 Fevral 2016 23:01


SAAT-Yuxuda saatın səsini eşitmək-bir dəvət alacaqsınız. Sadəcə, saat görmək-maraqsız xəbərlərə işarədir. Saatı qurmaq-həyatınızın gedişi, düzgün inkişafı öz əlinizdədir deməkdir.


SABUN-Cavan oğlanın yuxuda sabun görməsi-işlərində uğur qazanacaq,əlinə pul gələcəkdir. Bir parça sabun-üzüntü və qayğı içində olan adam üçün təsəlliyə, təskinliyə yozulur. Sabunla paltarını yumaq-günahlardan təmizlənmək və borcdan qurtulmaqdır.


SAQQAL-Röyada saqqal-zənginlik və şərəfdir. Saqqalını yolunmuş görmək, yaxud özünün saqqalını yolması-nəticəsini həyəcanla gözlədiyiniz bir iş həyata keçəcəkdir. Saqqalını ağ görmək-duanız qəbul ediləcəkdir. Saqqalını qurşağa qədər uzanmış görmək-vara, şöhrətə, qonşuya əl uzatmağa, yardım etməyin gərəkliyinə yozulur. Saqqalını qapqara, şəvə görmək-zənginliyə, sərvətə işarədir. Röyada saqqalını kəsilmiş görmək-zəkat verən bir adamı ifadə edir. Bir qadının saqqalı olduğunu görmək-o qadının oğlu olacağını xəbər verir.


SAQQIZ-Röyada saqqız görmək-zəhmətlə qazanılacaq pul anlamına gəlir. Saqqız çeynəmək-dedi-qoduya işarədir. Saqqız almaq-pis bir xəbərdir. Saqqızı ocağa atmaq-mal-dövlət üzündən başınızı dərdə salacaqsınız.


SAZ-Röyada saz çalmaq-şad xəbər alacaqsınız.


SAZAN BALIĞI-Şad xəbər, pul, şöhrət və eşq anlamına gəlir.


SAY (saymaq)-Bir çox röya yozucuları 1-dən 22-yə qədər olan rəqəmləri aşağıdakı kimi mənalandırırlar: 1-Şərəf və heysiyyət sahibi olan kimsədir. 2-Xəyalınızda yaşatdığınız qadını heç vaxt görməyəcəksiniz. 3-Böyük bir bərəkət və bolluğa qovuşacaqsınız. 4-Hər cür şan-şərəf sahibi olacaqsınız. 5-Hər işdə müvəffəq olmaq bacarığınız var. 6-Gələcəkdə böyük uğurlar qazanacaq və çox zəngin olacaqsınız. 7-İstək və xəyallarınız həqiqət olacaqdır. 8-Hər şeyi haqq və ədalət yoluyla həll edirsiniz. 9-Həm ağıllı, bilikli, həm də hiyləgərsiniz. 10-Həyatınızda kiçik bir dəyişiklik olacaq. 11-Cəsur, qorxmaz və çalışqan bir adamsınız. 12-Günahlarınızı cəzasını bir gün mütləq çəkəcəksiniz. 13-Bir eşq üzündən çox iztirab çəkəcək, lakin aşiqlikdən əl çəkmək qərarına gələrək bu dərddən qurtulacaqsınız. 14-Həyatinizda bəxtiyar və məsud bir dəyişikli olacaq. 15-Bədbəxt bir həyat sizi öz qucağına almaq üzrədir. 16-bir çox xatalı içlər tutacaq və bundan dərin iztirablara düşəcəksiniz. 17-Heç vaxt həyatdan ümidinizi üzməyin. 18-Aradığınız eşqi mütləq tapacaqsınız. 19-Yeni macəralara baş vuracaq və çox həyacanlı anlar keçirəcəksiniz. 20-Umduğunuz və gözlədiyiniz səadəti çox keçmədən əldə edəcəksiniz. 21-Əriniz heç vaxt sizi tərk etməyəcək. 22-Eşq əzabından özünüzü heç vaxt qurtara bilməyəcəksiniz.


SAKSAFON-Nəşəli eşq saatları keçirəcəyinizə işarədir.


SAL-Yuxuda gəmi batandan sonra bir sal üzərində suyun axarına qarışaraq getmək-həyatınızda ilk baxışdan xoşagəlməz, lakin sonu müsbət bir dəyişiklik olacaqdır. Bir qadının belə yuxu görməsi-gözləmədiyi bir vazxtda onu sevgidə uğur qazanacağını xəbər verir.


SALAM VERMƏK-Röyada aranızda inciklik olmayan bir adama salam verib onunla görüşmək-salam verilən adamdan xeyir görəcəksiniz. Düşmənçilik etdiyiniz və ya küsülü olduğunuz bir kimsəyə salam vermək-salam verdiyiniz adam qalib gələcək və onun xəta-bəlasından qurtulacaqsınız. İki adamın bir ticarət razılığına gələrək əl verib görüşməsi-onlar köklü və davamlı ticarət əlaqəsi yaradacaqlar deməkdir. Bir düşməniylə qucaqlaşıb salamlaşmaq-barışığa və aradakı düşmənçiliyin ortadan götürüləcəyinə işaərdir. Röyada salam vermək, salam verilənə boyun əyib itaət göstərmək-salam verənin o adamdan asılı və möhtac durumunu ifadə edir. Salam vermək-gözəl sözə, gözəl söz eşitməyə də yozulur.


SALLAQXANA-Röyada sallaqxana görmək-yaxın günlərdə qohum-əqraba arasında heç nədən və mənasız dedi-qodu üzündən inciklik, umu-küsü yaranacaq.


SAMAN-Yuxuda saman, yaxud samanlıq görmək-asan qazanca yozulur. Samanlığa ot və ya saman doldurmaq-zəngin və dövlətli olacağınızı xəbər verir.


SAMUR-Yuxuda samur görmək-cəmiyyətdən, insanlardan ayrı yaşayan, xeyrə-şərə qarışmayan bir adama işarədir. o, çoxlu var-dövlət sahibi olsa da,o vardan bir kimsə xeyir görməz. Ancaq ölümündən sonra o sərvətdən istifadə oluna bilər. Samur-bəzən zalım və kafir bir oğruya da yozulur.


SANATORİYA-Yuxuda sanatoriya görən adam ciddi bir xəstəlikdən qurtulacaq və dənizboyu ölkələrə səyahətə çıxacaqdır.


SANDAL-Röyada sandal görmək-asi və günahkar adam üçün tövbəyə, yaxud düşmənçiliyə işarədir. Eyni zamanda, sirrini saxlamaq istəyən kimsənin öz sirrini başqalarına açacağına yozulur. Yuxuda sandal tikən çəkməçi görmək-namaz qılmağa, tövbəyə, təmizliyə; subay qız üçün-içki içən, sərxoş birisiylə evlənməyə, yaxud düşmənçiliyə yozulur.


SANDIQ-Aşağıdakı kimi yozulur: İçi dolu sandıq-bolluq və zənginlikdir. Dolu bir sandığı satmaq, yaxud başqasına vermək-gizli işlər meydana çıxacaqdır. Başqasının sandığını acmaq-subaylığa yozulur. Boş sandıq-qədir=qiymətin olmamasıdır. Dəmir sandıq-işdə, mövqedə yüksəlməkdir. Taxta sandıq-evlilikdir. Qırıq sandıq-xəş xəbərdir. Dənizdə, su üstündə sandıq-böyük qismət, bəxt anlamındadır. Boyalı, naxışlı sandıq-gözəl və xoşbəxt bir yaşayışa işarə sayılır. Qapağı açılmayan sandıq-kədərə və üzüntüyə yozulur.


SANCAQ (iynə)-Bu röya üzücü, əhəmiyyətsiz olaylara işarədir.


SEKVESTR (mal və ya mülkün dövlətin xeyrinə zəbt edilməsi)-Röyada öz əşyasının dövlət xeyrinə zəbt edildiyini görən adam çox yaxında xeyirli bir xəbər alacaqdır.


SEL-Yuxuda sel-düşmən hücumudur. Çoxlu yağışdan yaranan sel görmək-bir xəstəliyə, yaxud çətin və əzablı bit səfərə yozulur. Selin dərələri, evləri, dükanları basdığını görmək-selin-suyun tüğyan edəcəyinə, zülmə və ədalətsizliyə, yaxud hökmdar və ya dövlətə işaədir. Selin çayları basdığını görmək-güclü bir adamdan yardım istəyərək düşməni dəf edəcək və şərdən-bəladan qorunacaqsınız.


SEÇKİ-Yuxuda seçkilər görmək-daha anlayışlı və səbirli davranmalısiniz.


SƏBƏT-Röyada səbət-qürur saxlayan qadına işarədir. Çörək səbəti-müjdə və sevincə; üzüm səbəti-ağla gəlməyən bir yerdən ruziyə, gəlirə; iri, böyük səbət-xəstəliyə yozulur.


SƏBİROTU (burunotu)-Üzüntülü bir ömür sürməyə işarədir.


SƏBR-Röyada hər sıxıntıya, yoxluğa, əziyyətlərə səbrlə dözmək-irəlidə çox xoşbəxt olacağınıza yozulur.


SƏDƏQƏ VERMƏK-Xeyrə yozulan yuxulardandır. Yetim-yesirə verilən sədəqə-doğru və gerçək sözə yozulur. Halal malından sədəqə vermək-röya sahibinin var-dövləti bol və bərəkətli olar.


SƏDƏF-Qaranlıq bir gələcəyi ifadə edir.


SƏYAHƏT-Röyada avtomobillə, qatarla və ya uçaqla (təyyarəylə)səyahət etmək-bütün işlərinizin tez və xoş nəticəylə qutaracağını xəbər verir. Atla səyahətə çıxmaq-qazanclı bir işə girişəcəyinizə yozulur.


SƏFİR-Yuxuda səfir görmək-dəniz boyu səyahətə və etibara yozulur.


SƏHƏR YEMƏYİ-Röyada səhər yeməyi yeyildiyini görmək-röya sahibi çoxdan gözlədiyi məktubu alacaq, lakin məktubda yazılanlar o qədər də ürəkaçan olmayacaqdır.


SƏHƏR ÇAĞI-Röyada sabahın açıldığını, dan üzünü görmək-ərə gedəcək qızlara, eyni zamanda, zikr və qiraətə işarədir. Dan yerinin ağarması, səhərin açılması-vədinizi yeinə yetirəcəksiniz. Camaatla birlikdə sabah namazını qılmaq-səfərə çıxmağı və ya həccə getməyi xəbər verir.


SƏHİFƏ-Röyada əlində bürmələnmiş bir səhifə görən adamın öləcəyi ehtimal edilir. Bir səhifəyə baxmaq, lakin onu oxuya bilməmək, yaxud oxumaq-mirasa qovuşmağa yozulur. Səhifəni tərsinə oxuyan adam xeyli borca düşəcəkdir.


SƏHRA-Röyada səhra görmək-əlinizə böyük bir imkan düşəcəkdir. Bu imkanı qiymətləndirə bilmək üçün düşüncəli və ağıllı hərəkət etməniz gərəkdir.


SƏCDƏ–Röyada səcdə etdiyini görən adam ciddi və nəzakətli adamdır. O, təkəbbürdən, lovğalıqdan uzaq olur, düşməninə qalib gəlir. Bir dağ başında səcdə etdiyini görən kimsə qəddar və güclü birisinə qalib gələcək. Bir təpə və ya divar üzərində səcdə etmək-dəyərli və möhtərəm bir adama boyun əyib, onun hüzurunda əyilməyə işarədir.


SƏCCADƏ-Savab iş tutmağa, xeyrili işlərə, xeyirxahlıq edən adama işarədir.


SƏNƏTKAR-Yuxuda özünü və başqasını rəssam, yaxud heykəltaraş olaraq görmək-cavan oğlan üçün bu röya çətin bir işin öhdəsindən uğurla gələ biləcəyinə, rəqibini asanlıqla yenə biləcəyinə yozulur.


SƏRV AĞACI-Gözəl bir qadına işarə sayılır. Eyni zamanda, misilsiz bir elm adamına, şərəf və etibara, mürvətli, insaflı bir kimsəyə, övlada, uzun ömrə, boy-buxunlu vəxeyirxah bir cavana yozulur.


SƏRVƏT-Röyasında sərvət sahibi olduğunu görən adamın yad və tanımadığı kimsələrlə danışıqlar zamanı çox ehtiyatlı olması lazımdır.


SƏRGİ-Röyada gül-çiçəkli bir bağda açılmış sərgi, yarmarkada gəzmək gözəl şeylər görüb tamaşa etmək-yaxın vaxtlarda böyük sərvət sahibi olacağınızı xəbər verir. Sərgidə alış-veriş etmək-gələcəkdə əyləncəli və sevinc dolu bir həyata yozulur. Sərgidə bir şeyi nümayiş etdirmək-şərəf və etibar sahibi olduğunuzu göstərir.


SƏRNİC-Bolluğa, bərəkətə işarədir.


SƏRRAC-Yuxuda sərrac (yəhər ustası) görən adam gec-tez muradına çatar. Röya sahibi subaydırsa, yaxın günlərdə evlənəcək.


SƏRHƏD-Yuxuda özünü bir sərhəd bölgəsində görmək-ev əşyalarınızdan bir şeyin əskiləcəyini xəbər verir.


SƏRÇƏ-Röyada sərçə-gülməli lətifə və oyunlarla, xalqı əyləndirən adama işarə sayılır. Sərçə, eyni zamanda, oğlan uşağına da yozula bilir. Yuxuda sərçə kəsdiyini görən adamın zəif bir oğlan övladı dünyaya gələcək. Bu uşağın ölməyindən qorxulur. Röyada eşidilən sərçə səsi-gözəl bir sözü və ya elm öyrənməyi ifadə edir. Yuxuda sərçəsi olduğunu görən adam varlanacaq və bir topluma rəhbər olacaqdır. Çoxlu sərçə görmək-günah işləmək, itaətsizlik, ayrı-seçkilik salmaq, məğlubiyyətə uğramaq kimi açıqlanır.


SƏS-Röyada qəribə-qəribə səslər eşitmək, lakin nə səs olduğunu, hardan gəldiyini heç cür anlaya bilməmək-qayğılandıran və narahat edən bir problem barədə lazım olmayan bəzi xəbərlər alacaqsınız.


SƏSVERMƏ-Yuxuda səs verdiyini, seçki vərəqəsini yazdığını görən kişi işində yüksələcək, iqtidar olacaq. Qadın üçün bu röya-xoş və əylənəcli gəzintidir.


SİQARET-Röyada siqaret çəkmək-bəzi çətinliklərdən sonra uğurlu fəaliyyətə başlamağa işarədir. Bu röya orta yaşlı adam üçün-pozmağa məcbur olacağı cansıxıcı bir dostluğa; gənc qız üçün-zəngin bir fabrik sahibiylə evlənməyə; evli qadın üçün-üzüntülü və əndişəli günlərin yaxınlaşmaqda olduğuna yozulur.


SİQNAL SƏSİ-Röyada siqnal səsi eşitmək-gözləmədiyiniz gözəl bir an gözləyir sizi.


SİDİK-Röyada sidik çeşidli biçimdə yozulur: Sidiyi saxlaya bilməmək-mal və mülkün artacağına, sevindirici bir xəbərə işarə sayılır. Yol ortasında işəmək-tanışlarınızdan biri gözləmədiyiniz halda sizə pislik edəcək. Şüşə içində sidik görmək-bir xəstəxana olayı ilə qarşı-qarşıya qalacağınızı xəbər verir. İşəyərkən çətinlik çəkmək-get-gedə yoxsulluğa düşəcək və keçmiş günlərin həsrətini çəkəcəksiniz.


SİLAH-Yuxuda silah görmək-qüvvət və üstünlüyə, düşmənə qalib gəlməyə yozulur. Öz üstündə silah olduğunu və özünü silahsız adamlar arasında görmək-röya sahibi həmin adamların çox sevilən qonağıdır deməkdir. Özünün silahlı olduğunu və camaatın onu gözlədiyini görmək-gözləyənlər ixtiyar yaşdadırsa, röya sahibinin yaxınları və qohum-əqrabasıdır. Cavan yaşdadırsa-röya sahibnin pisliyini istəyən, paxıllığını çəkən adamlardır. Özünü silahlı görmək, lakin istifadə etməyə iqtidarı çatmamaq-yuxu görənin yetginliyinə, məqsəd və muradına şatacağına yozulur. Röya sahibi xəstədirsə, Tanrı ona sağlıq bəxş edəcəkdir. Silah qurşamaq-cahillər üçün-dəf olunan elmə, biliyə; yoxsullar üçün-kasıblıqdan qurtarıb var-dövlətə çatmağa, düşməni qovub qurtuluş qazanmağa yozulur.


SİLLƏ (şapalaq)-Yuxuda yavaşcadan birinin boynunun ardına şapalaq vurmaq-röya sahibi yuxuda vurduğu adama etdiyi yaxşılığı onun başına qaxacaq, öz yaxşılığını hər yerdə danışacaqdır.


SİRKƏ-Bir dostunuzla aranızın heç nədən pozulacağına işarə sayılır.


SİS (tüstü-duman)-Yuxuda görülən tüstü-duman röya sahibinin əhvalında meydana gələn qarışıqlığı ifadə edir. Yuxuda üzərinə duman çökdüyünü görmək-fitnə və qarışıqlığa, qovğaya işarə sayılır.


SİFERBLAT-Röyada siferblat, ya da saat görmək-işlə ilgili müqavilə və anlaşmalarınızda çox vasvası və tələbkar olduğunuzu göstərir. Siferblat qiriqsa-tanıdığınız və tanımadığınız kimsələr tərəfindən diqqətinizə təqdim edilən və tələsik pul qazanmaq məqsədi güdən planlar, fikirlərə qarşı təmkinli olmanız məsləhətdir.


SİÇAN-Böyük bir təhlükəyə yozulur.


SİÇOVUL-Gizli düşmənə işaərdir. Ölü siçovul-qaba, xain bir düşmənə yozulur, həmin düşmən röya sahibinin bütün hərəkətlərini izləyir və ilk fürsətdə zərbə endirməyə çalışır.


SIĞINACAQ-Röyada bir sığınacağa girmək-həyatda çox qorxduğunuz bir çey başınıza gələcək, lakin bunu asanlıqla dəf edə biləcəksiniz.


SIĞIR-Röyada sığır boğazlamaq və ətini başqalarına bölüb dağıtmaq-yuxu görənin çox xeyirxah bir iş tutacağına işarədir. Sığır sudu içmək-təmiz bir inanc və halal maldır. Sığırın evinizə girdiyini görmək-vara, nemətə qovuşacaqsınız.


SIĞIRÇIN-Uşaq və qulluqçular anlamına gəlir.


SIYIQ-Röyada sıyıq görmək-son zamanlarda həddən artıq yorulacaqsınız, mütləq dincəlmək lazımdır. Yoxsa, səhhətiniz ciddi şəkildə pozula bilər.


SIXINTI-Röyada sıxıntı içində bir iş görmək, çalışıb-çabalaamq və bu səbəbdən də tər içində oyanmaq-çətin bir işin çox gözəl sonluqla başa çatacağına və bu işin mükafatını, xeyrini görəcəyinizə yozulur.


SKELET-Yuxuda skelet görmək-cavan üçün hiss edilməyən gizli bir təhlükəyə; yaşlı adam üçün-fitnə-fəsada; qadın üçün-gənc bir həkimə ərə gedəcəyinə; evli qadın üçün-ailədə bir nəfərin qəfil xəstəliyinə yozulur.


SKRİPKA-Skripka ilə ilgili yuxular bəzi qarışıq eşq macəralarının başlanğıcı kimi yozulur.


SOĞAN-Röyada soğan görmək və ya yemək-kiçik mənfəətlər üçün başqalarına boyun əymək və yaltaqlanmaq xasiyyətindən əl çəkməyin gərəkliyinə əlamət sayılır.


SOĞULCAN-Ətrafınızı qiymətsiz və pis xasiyyətli adamların sarmış olduğuna yozulur.


SOYUQ HAVA-Yuxuda yay mövsümündə şiddətli soyuqların düşdüyünü görmək-girişdiyiniz işlərdə çətinliklərlə qarşılaşacaqsınız. Soyuqdan bədən üzvlərinizdən birinin donduğunu görmək-bir ölüm xəbərinə işarədir.


SOSİSKA-Röyada sosiska yemək-pulitgisinə və böyük məsrəflərə girəcəyinizə işarə sayılır.


SOFU (mömin, dindar adam)-Röyada sofu bir adam görmək-nəsihətə möhtac olduğunuza və böyüklərinizin öyüdlərini dinləməyin gərəkliyinə yozulur.


SÖZ-Röyada müxtəlif dillərdə danışan bir adamın sizə bəzi sözlər söyləməsi-böyük bir mülkün sahibi olacaqsınız. Bir quşun sizinlə danışması-böyük bir mülk ya da elm sahibi olacaqsınız. Röyada kiçik bir uşağın danışması-haqqa, həqiqətə işarə sayılır. Röyada cansız şeylərin danışması-barışa, öyd-nəsihətə; heyvanın danışması-əzab-əziyyətə yozulur. Yuxuda düşmənin danışdığını görmək-ayrılığın sona çatdığını xəbər verir.


SÖYMƏK-Röyada bir başqasına söymək-söyülən kimsə üçün rəzillik, söyən üçün isə qüdrət və böyüklük deməkdir. Adi, dəyərsiz bir adamın yuxuda şan-şərəf sahibi bir kimsəyə söyməsi-söyənə söyülən tərəfindən bəla yetişəcəkdir. Yuxuda bir kimsənin sizə söyməsi-o adam tərəfindən əziyyətlərə dücar olsanız da, sonda intiqamınızı ala biləcəksiniz.


STAVRİDA BALIĞI-Xeyrə yozulur. Sıxıntılı günləriniz arxada qalacaq, xoçbəxtliyə qovuşacaqsınız.


SU-Röyada su-xoş həyatı və gözəl ruzini ifadə edir. Suyu təmiz və saf görmək-ucuzluğa, bolluğa və ədalətin yayılmasına işarədir. Bir adamın yuxuda əlini suya qoyması-haram malla halal malı qarışdırmağa yozulur. Su içmək-yaşayışın sıxıntılı, zəhmətli olmasıdır. İst su içmək-şiddətli üzüntü çəkəcəksiniz. Özünü su içində görmək-fəsada, bəla və kədərə əlamətdir. Röyada özünün təmiz suya atıldığını görən kimsə böyük bir sevincə qovuşacaq. Yuxuda bulanıq sular-çətinliyə və məişətə işarədir. Yuxuda su istəyən adam yalan danışar, dedi-qoduyla məşğul olar. Axarsız, göllənmiş su-həbsi ifadə edir. Axarı olmayan suya düşmək-röya sahibinin həbs ediləcəyinə, üzüntü və kədərə işarə sayılır. Quyudan qara su çıxdığını görmək-yuxunu görənin evlənəcəyi xeyirsiz bir qadına yozulur. Röyada saf, bərraq suya baxmaq və üzünü orda gözəl görmək-röya sahibinin ailəsinə, qohum-qonşuya və dostlarına qarşı xeyirxahlığını ifadə edir. Yuxuda saf, təmiz suya malik olduğunu görən adam böyük xeyrə qovuşacaq. Su-subay üçün xanımı; subay qız üçün əri ifadə edir. Röyada təmiz qabdan su içdiyini görən adamın nigahı davamlı olur, haram qabdan su içənin isə nigahı pozulur. Yuxuda susamaq və su içmək-röya sahibinin əkin-biçini bol və bərəkətli, qəlbi Allah sevgisiylə dolu olacaq, yoxsulluğu bitəcək, ailəsi və uşaqları ağ günə çıxacaqdır. Suyun axması-üzüntü və kədərə əlamətdir. Bardaq, yaxud kasadan su içmək-yuxunu görən subaydırsa, evlənəcək. Röyada soyuq suyla abdəst almaq-tövbəyə, xəstəliklərdən qurtulmağa, həbsdən çıxmağa, borcları ödəməyə, qorxudan əmin olmağa işarə sayılır. Suyu qabıyla bərabər götürüb aparmaq-röya sahibi kasıbdırsa, varlanacaq; varlı və subaydırsa-evlənəcək; evlidirsə-arvadı uşağa qalacaq.


SUÇU-Röyada suçu görəmk-xeyirxah bir adamı ifadə edir; elm, hikmət, şəfa verən bir kimsədir. Suçu-ruziyə, bəzən pisliyə və düşmənçiliyə də yozula bilir.


SU ANBARI-Qəpik-qəpik yığmış olduğunuz pulları boş yerə israf etməməyin gərəkliyini göstərir.


SU YOLU (kanal)-Yuxuda su yolu görmək, ordan su içmək-əlinizə mal gələcəyini xəbər verir.


SUALTI QAYIQ-Çox böyük təhlükəylə qarşılaşacaq, lakin soyuqqanlılığınız sayəsində bu ciddi təhlükəni dəf etməyə müvəffəq olacaqsınız.


SUDA YAŞAYAN CANLILAR-Röyada suda yaşayan canlılar görmək-var-dövlətə yozulur.


SUYA TULLANMAQ-Hündür bir yerdən gölə, çaya və ya dənizə tullanmaq-ictimai həyatda uğurlar qazanacaq, mülki həyatda öndər keyfiyyətlərə, liderlik mövqeyinə malik olacaqsınız. Suya tullanma yarışlarında iştirak etmək-sizin üçün faydalı ola biləcək çevrələrdə düşmənçilik duyğuları oyandırmamağı, ehtiyatlı olmağın gərəkliyini göstərir. Dalğıcların suya baş vurmasını və tullanmalarını seyr etmək-vaxtınızı və biliyinizi layiqli bir məqsədə sərf etdiyiniz üçün şöhrətə qovuşacaqsınız.


SULAMAQ (suvarmaq)-Yuxuda tarla suvarmaq-bol və bərəkətli məhsul alacağınıza yozulur. Bostanı, göy-göyərtini, çiçək fidanlarını sulamaq-həyatınızda kiçik bir irəliləyiş olacaqdır.


SULTAN-Yuxuda sultanlardan birini görmək-yaxın günlərdə şad xəbər alacaqsınız.


SULFAT TURŞUSU-İztirablı bir duruma düşəcəyinizə yozulur.


SUSAMAQ-Röyada susayaraq su içmək-səhhətinizin düzələcəyinə yozulur. Susuzluğunu içki ilə yatırmaq-təhlükəli bir xəstəlik əlaməti kimi qəbul edilir. Susuz bir adama su vermək-yaxın adamlarınızdan bir bu günlərdə evlənəcəkdir.


SUSUZLUQ-Röyada hiss edilə susuzluq-din baxımından fitnə-fəsada işarədir. Susuzluğunu hiss edib bir irmaqdan su içmək arzusunda olmaq-kədər və qəm-qayğıdan qurtulmaqdır. Yuxuda susuzluqdan yanmaq, lakin bulaq başında, yaxud bir su quyusu üzərində olsa da, bir damla su içməyə heyi olmamaq-röya sahibinin əməl və arzuları həyata keçməyəcəkdir.


SUXARI (qalet)-Bir dəniz səyahətinə işarə sayılır.


SÜVARİ-Xeyirxah adamlarla dostluq edəcəyinizə yozulur.


SÜD-Cavan oğlanın röyada süd içdiyini görməsi-maliyyə işlərində təcrübəsizlikdən və cəsarətsizlik üzündən pul itirəcəyinə işarə sayılır.Orta yaşlı adamlar üçün bu röya-kiçik bir toplantıya çağrılmaq anlamına gəlir. Daha yaşlılar üçün-gözləmədiyiniz və çox sevinəcəyiniz bir qonağınız gələcək. Süd sağmaq-bir gəlir mənbəyi tapacaqsınız.


SÜD ANASI-Yuxuda süd anası görmək-bir çox yeni və faydalı işlərlə qarşılaşacağınıza işarədir.


SÜKAN-İş həyatında da, şəxsi həyatda da uğurlar qazanacaq, sevindirici bir xəbər alacaqsınız.


SÜLEYMAN ƏLEYHİSSƏLAM-Həzrəti Sülüymanı yuxuda görən adam çox yüksək bir mənsəbə çatacaq, dövlətə və səadətə yetişəcək, düşmənlərinə üstün gələcəkdir.


SÜLH-Şəriətə və qanuna uyğun olaraq, yuxuda sülhə gəlmək-ülfət və məhəbbətə, günahlardan tövbəyə, xalqı irşada, xeyrə, əmin-amanlığa çıxarmağa işarə sayılır. Düşmənlə sülhə gəlmək-həmin düşmənlə yenidən mübarizə aparmağa və aradakı düşmənçiliyin davan etdiyinə yozulur.


SÜNBÜL-Sərvətin və etibarın artması deməkdir.


SÜMÜK-Röyasında sümük görən uğurlu bir işə girişəcək. Daha yaşlı kişi üçün bu yuxu-o qədər də ciddi olmayan bir xəstəlikdən qurtulacağına yozulur. Gənc qız üçün-sənətkarla evlənməyə; qadın üçün-kiçicik münaqişələrə işarədir.


SÜHGƏR DAŞI-Yuxuda süngər daşı görmək-xeyir xəbər alacağınıza yozulur.


SÜPÜRGƏ-Yuxuda qadının süpürgə ilə evi süpürməsi-xeyrə yozulan röyalardandır. Qadın evin bir otağınıp süpürürsə, bu yuxu-daha gözəl və şən günlərin yaxınlaşdığını xəbər verir. Yuxuda ocaq başı süpürülmüşsə, yaxın günlərdə röya sahibinin evində bir şənlik, toy-düyün olacağına işarədir. Küçə süpürmək-zənginliyin, rifaha qovuşmağın müjdəsidir.


SÜRGÜN (sürülmə)-Röyada bir adamı sürgünə yollamaq-həbs olunmağa yozulur. Bir kimsənin yuxuda başqa bir yerə qovulduğunu və ya sürgün edildiyini görməsi-o adam həbsxanaya düşəcək. Cənnətdən qovulmaq-fəqirliyə, yoxsulluğa işarədir. Elm sahibi bir adam yuxuda qovulduğunu, yaxud bir yerə sürüldüyünü görərsə-o adam qorxulu bir şeylə qarşılaşacaq və ziyana düşəcəkdir.


SÜRMƏ-Röyada gözə çəkilən sürmə-var-dövlətə işarədir. Bir adamın yuxuda sizə sürmə verməsi-əlinizə az-çox mal və pul keçəcəkdir. Gözünüzə xeyirxah bir adamın sürmə çəkməsi-xeyrə, gözəlliyə işarədir. Pis adamın sürmə çəkməsi-xeyrə əlamət sayılmır. Çoxlu sürmə-çoxlu sərvətə yozulur. Gözdə ağrı hiss etmək və sürmə çəkmək-röya sahibinin gözlərinin sağalacağını göstərir. Sürmə daşıyla gözə sürmə çəkmək-arvadınızla aranızda olan soyuqluq ortadan götürüləcək. bir qızın gözlərinə sürmə çəkməsi-o qız cavan vir oğlana ərə gedəcək. Dul qadının gözünə sürmə çəkməsi-bir kişiylə evlənəcək deməkdir.


SÜRÜ-Yuxuda heyvan sürüsü-sevinc dolu günlər keçirəcəyinizə işarə sayılır.


SÜTÜN-Röyada hər hansı bir sütün-böyük bir ev sahibi olacağınıza işarə sayılır. Mərmər sütün-böyük bir sevinc əlaətidir.


SÜFRƏ-Yuxuda yemək süfrəsi qurmaq-ömrünüzün uzun olacağına işarədir. Süfrə örtüsü-böyük bir səfərə, rahatlığa, bərəkətə yozulur. Bəyaz masa örtüsü-yaxın günlərdə ürəyiniz istəyən adamlaral bir masa arxasında yemək yeyəcəksiniz deməkdir. Süfrə servisi-yaxınlarda muradınıza çatacaq, məsud bir həyata qovuşacaqsınız. Gümüş süfrə servisi-mənəvi sıxıntılara işarıdir. Öz süfrə servisini satmaq-işlərinizin qarışacağına yozulur.


Etiketlər:  S Yuxu Yozmaları


RƏYLƏR

ƏN ÇOX OXUNAN MƏQALƏLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ