Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yuxuda Təyyarə görmək

Tarix: 9 Fevral 2016 23:06


Təyyarədə uçmaq.Belə yuxu eynizamanlı, gündəlik və səciyyəvi ola bilər. Belə ki, bəzi insanlar uçuşları sakit, rahat qəbul edə bilərlər, bəziləri isə ondan qorxa bilərlər.Məsələn, Amerikanın bütün futbol azarkeşləri bilirlər ki, məşhur şərhçi Con Madden heç vaxt təyyarəyə minmir.O, ölkə üzrə səyahətini həmişə avtobusla edir.Bir çoxları onun bu qorxusunu bölüşürlər.Halbuki gecə yuxularına uçuşlar girə bilər. Bu cür vəziyyətdə irrasional qorxulara qalib gəlmək cəhdidir. Yuxuda təyyarə onu görən adam üçün əyləncədir.Yuxuda təyyarə ilə uçmaq, başgicəlləndirici sürət və uçuşların planetin ən uzaq nöqtələrini birləşdirməyə imkan verməsi gözəl hisslər və təəssüratlara gətirib çıxarır. Bundan başqa belə vəziyyətdə həyəcan, narahatlıq hiss edə bilərsiniz. Bununla yanaşı istisna deyil ki, vəziyyətdən müvəffəqiyyətlə çıxacaqsınız. Təyyarə sürmək- burada özünü pilot kimi görməyin müxtəlif variantları mümkündür. Siz həm yuxu, həm həyatda özünüzə əminsinizmi? Yuxuda təyyarə görmüsünüzsə, bu o deməkdir ki, həyatda da vəziyyəti nəzarət altında saxlaya biləcəksiniz.Yuxuda təyyarə qəzaya uğrayıb və parça-parça olubsa bu o deməkdir ki, həyatda özünüzə kifayət qədər güvənmirsiniz və mpvcud tələblərə cavab vermirsiniz. Təyyarədə kimi görmüsünüz? Yəni təyyarənin sərnişinləri kimlərdir?Real həyatda siz bu insanlara görə məsuliyyət daşıyırsınız və onların qarşısında müəyyən öhdəlikləriniz var və sizin təyyarəni idarə etməyiniz real həyatda bu vəzifələrin öhdəsindən nə dərəcədə gəldiyinizi göstərir.Təyyarəni idarə edərkən –hansı hisslər yaranır – əminlik hissi yoxsa insanların taleyinə görə böyük məsuliyyət? Təyyarədəki insanlar sizə necə münasibət göstərirlər – sizi qəbul edirlər yoxsa sizə etinasız yanaşırlar?


Etiketlər:  Yuxuda Təyyarə görmək


RƏYLƏR

ƏN ÇOX OXUNAN MƏQALƏLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ