Tarix: 9 Fevral 2016 23:06
Yuxuda məhzun baxışlı, gözəl, açıq üz görmək o deməkdir ki, siz çox yaxında gözəl əyləncələrdə iştirak edə bilərsiniz. Lakin eybəcər, qaraqabaq və acıqlı üz görmək xoşgəlməz hadisələrə işarədir. Yuxuda üzünüzə baxaraq onun əsrarəngiz rəngindən zövq alırsınızsa, bu, uğur və gözlənilməz xoş hadisələrə işarədir. O qədər də yaxşı olmayan üz rəngi qəm, qüssəyə işarədir. Yuxuda kiminsə üzündə qalın, xoşagəlməyən dodaq görmək tələsik və düşünülməmiş qərarlara işarədir. Xoş gülümsəyən dolu dodaqlar münasibətlərdə harmoniya və evdə bolluğa işarədir. Sevgililər üçün bu yuxu qarşılıqlı məhəbbətə işarədir. Nazik dodaqlar o deməkdir ki, sizi asanlıqla çıxış yolu tapacağınız çətin vəziyyət gözləyir. Şişmiş, soyuq dəymiş dodaqlar qeyri-sağlam arzular, yaxınlarınızdan kiminsə xəstəliyinə işarədir. Yuxuda öz üzünüzü və tanımadığınız adamın üzünü görmüsünüzsə, bu, sizin üçün iztiraba işarədir. Yuxuda güzgüdə öz əksini görmək real həyatda özünüzdən narazılığa işarədir.