Tarix: 9 Fevral 2016 23:10
Yuxuda yəhudi görmək maddi vəziyyətinizin yaxşılaşmasına işarədir. Əgər yuxuda yəhudi ilə danışırsınızsa, deməli, yaxın gələcəkdə maraqlı elmi iş barədə təkliflər alacaqısınız. Bu işi yerinə yetirməklə siz müəyyən elmi yüksəkliklərə nail olacaqsınız. Əgər yuxuda özünüzü yəhudi rolunda görsəniz, sizi gözlənilməz xoşagəlməz hadisə gözləyir. Əgər yuxuda yəhudi musiqisi eşitsəniz, taleyin sizə verdiyi şansdan istifadə etməyin. Yuxuda yəhudi rəqsinə oynamaq o deməkdir ki, həyatda öhdəsindən mətanətlə gələ biləcəyiniz ciddi sınaqdan keçəcəksiniz. İvritcə kiminsə söhbətini eşitmək yaxında taleyin üzünüzə güləcəyinə işarədir. Ola bilsin, xarici səfər gözlənilir.