Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yuxuda Zümrüd görmək

Tarix: 9 Fevral 2016 23:12


Yuxuda zümrüd görmüsünüzsə, tezliklə hansısa mülkün varisi olacaqsınız, bu isə ətrafdakılarla xoşagəlməz hallara səbəb olacaq. Yuxuda zümrüd almaq son dərəcə əlverişsiz işlərdən xəbər verir. Biznes yoldaşınız sizi aldatmağa çalışacaq. Əgər yuxuda zümrüd tapmısınızsa, tanıdığınız insanların əxlaqsızlığını dəstəkləməkdə günahlandırılacaqsınız. Ailəli adamlara belə yuxu ailə münasibətlərinin korlanacağına işarədir. Yuxuda zümrüd taxmaq o deməkdir ki, sizi romantik tanışlıq gözləyir. Gənc qıza belə yuxu onun adı üçün çox böyük təhlükədən xəbər verir. Yuxuda mirvari ilə zümrüddən olan bəzək əşyanızı itirmisinizsə, bu sizi xoşagəlməz hadisələrin izləyəcəyinə işarədir. Ola bilsin, yaxın adamınızla münasibətləriniz korlansın.


———————–


Yuxuda zümrüd almaq və ya hədiyyə etmək – xoşbəxtlik, uğur əlamətidir. Digər daşlar kimi zümrüd də mənəvi yüksəliş və özünüdərketmə kimi qiymətləndirilir.


———————–


Yuxuda zümrüd görmək halal yolla qazanılacaq mala, yaxşı əməllərə, təhsil və iş həyatında ‘müvəffəqiyyət kazanmaya’işaret edər. Ayrıca yuxuda görülən zümrüd şəhadət şərbətini içemeye və “cənnətə daxil üçün etdiyiniz” yaxşı və gözəl əməllərinizə işarə edə bilər.


Etiketlər:  Yuxuda Zümrüd görmək


RƏYLƏR

ƏN ÇOX OXUNAN MƏQALƏLƏR