Tarix: 9 Fevral 2016 23:18
Yuxuda öz ruhunu görmək dindar olmanıza işarədir. Bir işi görməzdən əvvəl bir qədər fikirləşirsiniz. Ətrafdakılar sizi təmiz, alicənab, mərhəmətli və dindar adam kimi tanıyacaqlar. Yuxuda ruhunuzun bədəninizdən ayrıldığını görmək ölümə və xəstəliyə işarədir. Sizin ruhunuz cismin ölümündən sonra başqa simada yerə qayıdacaq çox az ruhlardan olacaq. Əgər yuxuda hansısa insanını ruhununu bədənindən ayrıldığını görmüsünüzsə, tezliklə yaxın adamınızın ölümü və ya ağır xəstəliyi barədə xəbər eşidəcəksiniz. Yuxuda ruhunuzun xilas olmasını istəmək həyatınızda elə vəziyyət yaranacaq ki, siz Allahdan kömək istəyəcəksiniz. Yalnız bundan sonra siz sülh və harmoniya tapa biləcəksiniz.