Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2020 11:34
İyulun 12-dən Tovuz istqamətində gedən döyüşlərdə Azərbaycan ordusunun 12 hərbi quluqcusu şəhid olub.
Şəhid olanların arasında general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də var. Qeyd edək ki, Azərbaycan xalqı ilulun 14-də şəhərin müxtəlif ərazilərində orduya dəstək yürüşləri təşkil etmişdi. Bundan əlavə bir çox sosial şəbəkə iştirakçıları metro stansiyalarına şəhidlərin adının verilməsini təklif edirlər.
Sonxeber.net bildirir ki, bununla bağlı konkret.az-a danışan "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu, yalnız Nazirlər Kabinetinin səlahiyyətinə daxil olan məsələdir. Adların verilməsi və dəyişdirilməsi Nazirlər Kabinetinin müstəsna səlahiyyətindədir. "Bakı Metropoliteni" QSC-nin adla bağlı təklif vermək səlahiyyəti yoxdur. Yəni, bu məsələlər yalnız Nazirlər Kabinetində müzakirə oluna və qərar verilər bilər. Düşünürəm ki, insanlarımız bununla bağlı təkliflərini Nazirlər Kabinetinə də ünvanlamalıdırlar".