Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2020 17:50
Qurban bayramı ilə bağlı karantin qaydaları necə tənzimlənəcək?
Sonxeber.net xəbər verir ki, sualı Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın birifinqində cavablandırıb.
Prezidentin köməkçisi bildirib ki, bayram öz bayram əhval-ruhiyyəsini itirməməsi üçün müəyyən mənada nədəsə kompromisə gediləcək:
"Qurban bayramı ilə bağlı müvafiq tədbirlər planı hazırlanır və onunla bağlı çox ətraflı məlumat veriləcək. Biz anlamalıyıq ki, bu ilin Qurban bayramı digər Qurban bayramlarına oxşamaya da bilər. Çünki biz koronavirus şəraitində yaşayırıq və hamımız bu yeni reallıqlara uyğunlaşmalıyıq. Ona görə də xüsusi tədbirlər planı hazırlanır. Təbii ki, biz istəmirik ki, bu bayram öz bayram əhval-ruhiyyəsini itirsin. Amma hamımız məcbur olacağıq müəyyən mənada kompromisə getməyə. Ona görə də bu məsələ hərtərəfli öyrənilir və xüsusi tədbirlər hazırlanır. Bu barədə də ətraflı məlumat veriləcək".
Təhməz Təkin