Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2020 17:54
Bakı. Samir Əli - Trend:
Koronavirusla mübarizədə başqa ölkələrdə tibb personalının 20 faizi bu virusa yoluxub.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.
Onun sözlərinə görə, Azərbaycanda da bu fakt var: "Onlar əsasən viruslu xəstələrlə təmasdan yoluxub. Bunun üçün fərdi qoruyucu vasitələrdən istifadə olunsa da, yenə yoluxma faktları var. Bu xaricdə də belədir. Amma yenə də maksimum olaraq uniformalardan istifadə olunmalıdır".