Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dünyada tibb personalının 20 faizi bu virusa yoluxub''

''Dünyada tibb personalının 20 faizi bu virusa yoluxub''

Tarix: 20 Iyul 2020 17:58

Koronavirusla mübarizədə başqa ölkələrdə tibb personalının 20 faizi bu virusa yoluxub.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, Azərbaycanda da bu fakt var: "Onlar, əsasən, viruslu xəstələrlə təmasdan yoluxub. Bunun üçün fərdi qoruyucu vasitələrdən istifadə olunsa da, yenə yoluxma faktları var. Bu xaricdə də belədir. Amma yenə də maksimum olaraq uniformalardan istifadə olunmalıdır".


Etiketlər:  Dünyada tibb personalının faizi virusa yoluxub


RƏYLƏR