Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2020 02:28
Bakı. Trend:
Meksikanın Posa-Rika şəhərində (Verakrus ştatı) "Pemex" neft-qaz şirkətinə məxsus boru kəmərində partlayış baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə regionun mülki müdafiə idarəsinin "Twitter" səhifəsində deyilir.
Məlumatda bildirilir: "La-Barita rayonunda "Pemex"in boru kəmərində partlayış haqqında məlumatlar daxil olur. İlkin məlumata əsasən, partlayış nəticəsində 5 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib".
Partlayışın səbəbi barədə məlumat verilmir.