Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Braziliyada iki nazir koronavirusa yoluxub

Braziliyada iki nazir koronavirusa yoluxub

Tarix: 21 Iyul 2020 03:12

Bakı. Trend:

Braziliyanın təhsil naziri Milton Ribeyru və mülki hüquqlar naziri Oniks Lorentsoni yeni növ koronavirusa yoluxublar.

Trend-in "İzvestiya"ya istinadən verdiyi məlumata görə, bu barədə nazirlər öz "Twitter" səhifələrində bildiriblər.

O.Lorentsoninin sözlərinə görə, o, xəstəliyin simptomlarını cümə axşamı hiss edib və cümə günü koronavirus testindən keçib. Onun testinin nəticəsi müsbət olub.

M.Ribeyru öz növbəsində bildirib ki, onun koronavirus testinin nəticəsi bu səhər bəlli olub: "Mən artıq müalicə alıram və məsafədən işləyəcəyəm".


Etiketlər:  Braziliyada nazir koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ