Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2020 08:44
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.
Naməlum avtomobil ortayaşlı kişini vuraraq qaçıb. Yaralı təcilli tibbi yardım briqadası ilə xəstəxanaya yerləşdirilib. Sərxoş olduğu deyilən piyadanın vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda piyadanın kimliyi dəqiqləşdirilir və qəzanı törədən avtomobilin tapılması istiqamətində axtarışlara başlanılıb.
Faktla bağlı araşdırma aparılır.