Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycanda bu xoşbəxtliyi görmədim'' - ''Sabah''ın sabiq hücumçusu

''Azərbaycanda bu xoşbəxtliyi görmədim'' - ''Sabah''ın sabiq hücumçusu

Tarix: 22 Iyul 2020 10:22

Kolumbiyada uzun müddət qalmaq istəyirəm. Düzdür, karyeramı ölkəmdə bitirmək arzusundayam, ancaq heç kimə qapını bağlamıram.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bunu "Sabah"ın sabiq hücumçusu Rocer Roxas deyib.

Bu ilin yanvarında Bakı klubundan ayrılaraq Kolumbiya təmsilçisi "Tolima" ilə müqavilə bağlayan honduraslı futbolçunun arzusu çempion olmaqdır. 30 yaşlı forvard bunu heç yerdə qazana bilmədiyini söyləyib: "Milyonçu olmaq istəmirəm, amma övladlarıma yaxşı şərait yaratmaq da əsas məqsədlərimdən biridir. İlk klubum "Olimpiya"da, demək olar ki, hər şeyi qazandım. Ancaq ölkə xaricində çempion olmaq şansım olmadı. Səudiyyə Ərəbistanında, Meksikada, Kosta Rikada və Azərbaycanda bu xoşbəxtliyi görmədim. Ən böyük arzum "Tolima" ilə çempion olmaqdır".

Qeyd edək ki, Rocer Roxas ötən ilin yayında "Sabah"a keçsə də, ölkəmizdə cəmi 6 ay qala bilib.


Etiketlər:  Azərbaycanda xoşbəxtliyi görmədim Sabahın sabiq hücumçusu


RƏYLƏR