Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2020 12:32
Bakı. Samir Əli - Trend:
Azərbaycanda ilk dəfə olaraq bio smart avtobus pavilyonu yerləşdirilib.
Trend-in məlumatına görə, İsmayıllı rayon mərkəzində yerləşən dayanacaq-pavilyon artıq istifadəyə verilib. Dayanacaqda pulsuz wifi, tәhlükәsizlik kamerası, dezinfeksiya duşu, Mini bar (su, fanta, kola), enerji portu, usb quraşdırılıb.
Pavilyon günәş enerjisi ilә işlәyir. Dayanacaqda 8 oturacaq yerləşdirilib.