Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2020 14:40
ABŞ-da yaşayan azərbaycanlı keçmiş aparıcı Günel Musəvini sosial şəbəkədə izləyiciləri tənqid edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, buna səbəb onun erməni əsillə məşhur Kim Kardaşyanı İnstaqram-da izləməsi olub. Günel isə yazılan tənqidlərə sərt reaksiya verib.
"Bəzi İnstaqram vətənpərvərləri mənə irad tuturlar ki, niyə Kim Kardaşyanı izləyirəm. Birincisi, məndən başqa millətin yarısı onu izləyir.
İkincisi, düşməni yaxın tutmaq lazımdır ki, hər addımından xəbər tuta bilək. Amma siz nə deyirsiz? Deyirsiz, gəlin gözümüzü yumaq, reallıqdan qaçaq, meydanı verək ermənilərə, onlar da ağızlarına gələni yazıb paylaşsınlar. Budur sizin düşündüyünüz? Bu qədər dar düşüncəniz var? Gözləriniz açın, beyninizi bir az yorun", - Günel cavabında qeyd edib.