Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Leyla Abdullayeva: "ABŞ Dövlət Departamenti kimə və nəyə görə narahatdır, bunu başa düşə bilmirik"

Leyla Abdullayeva:

Tarix: 22 Iyul 2020 17:48

2020-ci il iyulun 20-də ABŞ Dövlət Departamenti "ABŞ-ın COVİD-19 pandemiyasına qarşı qlobal mübarizədə demokratiya, yaxşı idarəetmə və insan hüquqlarına dəstəyi" adlı informasiya bülleteni dərc edib və burada Azərbaycana da istinad edilib. Belə ki, Dövlət Departamenti Azərbaycan hakimiyyətini COVİD-19-a qarşı görülən tədbirlərin vətəndaş cəmiyyəti təbliğatını, müxalif səsləri və ya ictimai müzakirələri susdurmaq üçün istifadə edilməməsini təmin etməyə çağırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb.

L.Abdullayeva bildirib ki, Corc Floydun ölümündən sonra hazırda bütün dünya ictimaiyyəti ABŞ-ı bürüyən iğtişaşlar səbəbindən bu ölkədəki vəziyyətə görə narahatdır: "Belə bir şəraitdə ABŞ Dövlət Departamenti kimə və nəyə görə narahatdır, bunu başa düşə bilmirik".

Milli.Az


Etiketlər:  Leyla Abdullayeva ABŞ Dövlət Departamenti kimə nəyə görə narahatdır bunu başa düşə bilmirik


RƏYLƏR