Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2020 22:30
"Milan"ın futbolçusu Zlatan İbrahimoviç dubl etdiyi A seriyasının "Sassuolo" ilə oyunu (2:1) və klubdakı gələcəyi haqda danışıb.
Qol.az xəbər verir ki, o, İtaliya mətbuatına açıqlamasında deyib: "Yaxşı futbol nümayiş etdirən bir komanda ilə çətin matçda qalib gəldik. Bu oyunda uğur qazandıq, amma mövsüm hələ bitməyib. Hədəfimizə doğru irəliləyirik. Beşinci yeri tutmaq istəyirik.
Hələ üç matçımız var və klubla müqaviləm 10 gündən sonra bitir. Heç kim mənə heç nə deməyib və mən heç nə gözləmirəm. Pioli haqqında heç nə bilmirdim, hər gün yeni bir şey öyrənirəm".
Qeyd edək ki, qış transfer pəncərəsində "Milan"a qayıdan 38 yaşlı hücumçu 17 matçda 8 qol vurub, 4 qolun ötürməsini verib.