Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Liverpul'' - ''Çelsi'' oyununda 8 qol, ''Yunayted'' büdrədi

''Liverpul'' - ''Çelsi'' oyununda 8 qol, ''Yunayted'' büdrədi

Tarix: 23 Iyul 2020 01:38

İngiltərə Premyer Liqasında 37-ci tura yekun vurulub.

Qol.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.

"Mançester Yunayted" "Vest Hem"lə ev oyununda xal itirib - 1:1. Digər görüşdə isə 31-ci turda çempionluğunu rəsmiləşdirən "Liverpul" "Çelsi"ni qəbul edib. Gərgin keçən oyunda qapılara 8 qol vurulub. Sevinən tərəf isə meydan sahibləri olub - 5:3.

22 iyul

"Mançester Yunayted" – "Vest Hem" - 1:1
Qollar
: Antonio, 45+2-pen. (0:1), Qrinvud, 51 (1:1)

"Liverpul" – "Çelsi" - 5:3
Qollar:
Keyta, 23. Aleksandr-Arnold, 38. Veynaldum, 43. Firmino, 55. Oskleyd-Çemberleyn, 84 – Jiru, 45+3. Abraham, 61. Pulişiç, 73

Bu nəticələrdən sonra "Mançester Yunayted" xalını 63-ə çatdırıb və 5-ci pillədən 3-cü yerə yüksəlib. Eyni xalı olan "Çelsi" 4-cüdür. 78 xalla 2-ci olan "Mançester Siti" isə artıq bu komandalar üçün əlçatmazdır.

 


Etiketlər:  Liverpul Çelsi oyununda Yunayted büdrədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ