Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mançester Yunayted'' ''Vest Hem''lə heç-heçə edib

''Mançester Yunayted'' ''Vest Hem''lə heç-heçə edib

Tarix: 23 Iyul 2020 08:04

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 37-ci turunda evdə "Vest Hem" lə heç-heçə edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, "Old Trafford" stadionunda baş tutan oyun 1:1 hesabı ilə başa çatıb.

Qonaqların hücumçusu Maykl Antonionun penalti nöqtəsindən vurduğu qola mankunianlar Meyson Qrinvudun dəqiq zərbəsi ilə cavab verib.

"Vest Hem" 38 bal toplayaraq 15-ci yerə yüksəldi və növbəti mövsüm üçün Premyer Liqada oynamağı davam edəcək. "Mançester Yunayted"in aktivində 63 xal var, komanda üçüncü yerdədir.


Etiketlər:  Mançester Yunayted Vest Hemlə heç heçə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ