Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə iki nəfər bıçaqlanıb

Gəncədə iki nəfər bıçaqlanıb

Tarix: 23 Iyul 2020 08:14

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "Ət Kombinatı" adlanan ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə iki nəfər - 1986-cı il təvəllüdlü Məmmədov Ramiz İsmayıl oğlu sağ baldırın arxa səhtinin kəsilmiş-cırılmış və Gədəbəy rayon Dəryirmandağı kənd sakini 1985-ci il təvəllüdlü Nəcəfəliyev Kamil Ələddin oğlu döş qəfəsəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, yaraları tikilib.

Vəziyyətlərinin kafi olduğu bildirilir. Onların hansı şəraitdə bıçaqlanması məlum deyil. Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Gəncədə nəfər bıçaqlanıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR