Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2020 17:08
Bakı. Trend:
Aparılacaq təmir işləri ilə əlaqədar iyulun 23-dən 24-nə keçən gecədən etibarən Bakının Nizami küçəsinin Kövkab Səfərəliyeva və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində hərəkət məhdudlaşdırılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə olacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Agentlik yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir.