Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2019 13:40
İtaliyanın "Kalyari" klubundan ayrılan və futbolçu karyerasını başa vurmağa hazırlaşan Dario Srna "Şaxtyor"a qayıdır.
Qol.az-ın Ukrayna klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 37 yaşlı müdafiəçi sabiq komandasında məşqçi işləyəcək. Xorvatiyalı veteran futbolçu yeni baş məşqçisi Luiş Kaştrunun köməkçilərindən biri olacaq.
Qeyd edək ki, 2003-2018-ci illərdə "Şaxtyor"da çıxış edən Srna Donetsk təmsilçisi ilə 10 dəfə Ukrayna çempionu olub, 8 dəfə ölkə kuboku və superkubokunu, 1 dəfə isə UEFA kubokunu qazanıb.