Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təhsil Nazirliyi: Məktəbəhazırlıq qruplarına qəbulun avqustda aparılması planlaşdırılır

Təhsil Nazirliyi: Məktəbəhazırlıq qruplarına qəbulun avqustda aparılması planlaşdırılır

Tarix: 24 Iyul 2020 12:15

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda 5 yaşı tamam olan uşaqların məktəbəhazırlıq qruplarına qəbulunun avqust ayında aparılması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin əməkdaşı Elçin Kərimov deyib.

Onun sözlərinə görə, sənəd qəbulu elektron proqram təminatı vasitəsilə həyata keçiriləcək. Tədris digər dillərdə aparılan qruplara uşaqların qəbulu zamanı həmin dil üzrə şifahi nitq bacarığının öyrənilməsi məqsədilə heç bir müsahibə tələb edilmir.

E.Kərimov məktəbəhazırlıq qruplarına qəbul qaydalarının əvvəlki ildə olduğu kimi aparılacağını, bununla bağlı heç bir dəyişikliyin olmadığını da söyləyib.


Etiketlər:  Təhsil Nazirliyi Məktəbəhazırlıq qruplarına qəbulun avqustda aparılması planlaşdırılır


RƏYLƏR