Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiya Azərbaycanda avtomobil satışını azaldıb

Pandemiya Azərbaycanda avtomobil satışını azaldıb

Tarix: 24 Iyul 2020 12:24

Bakı. Samir Əli - Trend:

Koronavirus pandemiyası Azərbaycanda avtomobil satışına da təsir edib.

Bu barədə Trend-ə "Toyota" Bakı Mərkəzinin PR meneceri Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, ötən illə müqayisədə bu il mərkəzdə daha az avtomobil satılıb: "Pandemiya ümumilikldə Azərbaycanın avtomobil bazarına, o cümlədən də "Toyota" markasının satışına təsir göstərib. Bizdə satış təxminən 30 faiz azalıb. Bilirsiniz ki, hazırda avtomobil satış salonları karantinə görə bağlıdır, yalnız onlayn fəaliyyət göstərir. Hazırda satış yalnız telefon və internet üzərindən həyata keçirilir. Lakin avtomobillərin gətirilməsində hansısa problem yoxdur".

Şirkət nümayəndəsi bildirib ki, əvvəllər müştərilər daha çox böyükhəcmli mühərriki olan avtomobillərə üstünlük verirdilərsə, indi belə deyil: "Hazırda daha çox "RAV-4" avtomobillərinin satışı yüksəkdir. Bu maşınlar nə çox böyük, nə də çox kiçik avtomobil olduğundan müştərilərdə bu markanın alışına maraq artırıb".

E.Cəfərov "Toyota" markasının brendinin dəyişdirilməsi məsələsinə də aydınlıq gətirib: "Toyota”nın loqosu yalnız Avropa qitəsində dəyişdirilir və Azərbaycan da Avropanın bir parçası olduğu üçün burada da həmin dəyişiklik olacaq. Digər qitələrdə hələ ki, bu loqo dəyişməz olaraq qalır”.


Etiketlər:  Pandemiya Azərbaycanda avtomobil satışını azaldıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ