Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2020 15:58
Ölkəmizi ilk dəfə Avropa Liqasında təmsil edəcək "Sumqayıt"ın 1-ci təsnifat mərhələsinin püşkatmasında hansı səbətdə yer alacağı müəyyənləşib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi səpələnməmişlər sırasında olacaq. Bu isə o deməkdir ki, Ayxan Abbasovun komandası püşkatma zamanı nisbətən güclü rəqiblə düşəcək.
Səpələnmişlər səbətində yer alacağı daha əvvəldən bilinən "Neftçi"nin isə potensial rəqiblərindən biri də müəyyənləşib. Rumıniya təmsilçisi "Botoşani" 1-ci təsnifat mərhələsində "Neftçi"yə rəqib ola bilər.
Ümumilikdə, 1-ci təsnifat mərhələsinin 79 iştirakçısı bəllidir. Onlardan 38-i səpələnmişlər, 40-ı səpələnməmişlər, 1-nin isə səbəti hələ dəqiqləşməyib. "Səpələnmişlər" sırasında qərarlaşan "Neftçi"nin 37 potensial rəqibi bəllidir. "Ağ-qaralar" "Sumqayıt" və iki Ermənistan klubu ilə qarşılaşmayacaq. "Sumqayıt"ın isə 36 mümkün rəqibi məlumdur. Komanda "Neftçi" və Ermənistan klubuna rəqib olmayacaq. Səbəti müəyyənləşməyən yeganə klub isə "Keşlə"dir.
Qeyd edək ki, Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü avqustun 10-da atılacaq.
Səpələnmişlər
"Neftçi" (Azərbaycan), APOEL (Kipr), "Partizan" (Serbiya), "Styaua" (Rumıniya), "Maribor" (Sloveniya), "Hapoel" (Beer-Şeva, İsrail), "Rusenborq" (Norveç), "Apollon" (Kipr), "Fehervar" (Macarıstan), "Şkendiya" (Şimali Makedoniya), TNS (Uels), "Dinamo" (Minsk, Belarus), "Lex" (Polşa), "Aberdin" (Şotlandiya), "Jrinski" (Bosniya və Herseqovina), "Alaşkert" (Ermənistan)*, "Kayrat" (Qazaxıstan), "Jalgiris" (Vilnüs, Litva), "Motervell" (Şotlandiya), "Kukesi" (Albaniya), "Vaduts" (Lixtenşteyn), "Valletta" (Malta), "Ventspils" (Latviya), "Olimpiya" (Sloveniya), "Topola" (Serbiya), "Nomme Kalyu" (Estoniya), "Şaxtyor" (Belarus), "Hammarbü" (İsveç), "Hafnarfyordur" (İslandiya), "Bodo-Qlimt" (Norveç), "Riterlay" (Litva), "Proqress" (Lüksemburq), ÇSKA (Sofiya, Bolqarıstan), "Sutyeska" (Monteneqro), "Honved" (Macarıstan), "Makkabi" (Hayfa, İsrail), "Beytar" (İsrail), "Ordabası" (Qazaxıstan), "Şemrok Rovers" (İrlandiya)
Səpələnməmişlər
"Sumqayıt" (Azərbaycan), "Lokomotiv" (Plovdiv, Bolqarıstan), "Slaviya" (Bolqarıstan), "Botoşani" (Rumıniya), "Pyast" (Polşa), "Levadiya" (Estoniya), "Hibernians" (Malta), "Dunayska Streda" (Slovakiya), "Rujomberok" (Slovakiya), "Jilina" (Slovakiya), "Jelezniçar" (Bosniya və Herseqovina), "Laçi" (Albaniya), "Mura" (Sloveniya), "Puşkaş Akademi" (Macarıstan), "Saburtalo" (Gürcüstan), "Şkupi" (Şimali Makedoniya), "Petrokub" (Moldova), "Union" (Lüksemburq), "Differdanj" (Lüksemburq), "Jalgiris" (Kauno, Litva), "Riqa" (Latviya), "Valmieras" (Latviya), "Noa" (Ermənistan)*, "Şirak" (Ermənistan)*, "Renova" (Şimali Makedoniya), "Boraç" (Bosniya və Herseqovina), "Sfantul Qeorqe" (Moldova), "Dinamo-Avto" (Moldova), "Bohemians" (İrlandiya), "Derri Siti" (İrlandiya), "İnter" (Finlandiya), "İlves" (Finlandiya), "Honka" (Finlandiya), "Breydablik" (İslandiya), "Bala Taun" (Uels), "Dinamo" (Batumi, Gürcüstan), "Lokomotivi" (Gürcüstan), "Sirens" (Malta), "Vikinqur" (İslandiya), "Payde" (Estoniya)