Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlər qocalmanın əsas səbəbini müəyyənləşdirdi

Alimlər qocalmanın əsas səbəbini müəyyənləşdirdi

Tarix: 24 Iyul 2020 20:57

İsveçrənin Bern Universitetinin bir qrup alimi qocalmanın əsas səbəbini müəyyənləşdirib.

Sonxeber.net xəbər verir ki, mütəxəssislər hansı hüceyrələrin patoloji prosesdə əhəmiyyətli rol oynadığını aşkar edib. Tədqiqatın nəticələrinə görə, qarın boşluğunda yerləşən viseral yağlar yüngül xroniki iltihaba səbəb olur. Bu müddətdə yaşla əlaqəli xəstəliklərin inkişafı və immunitetin zəifləməsi sürətlənir, bu da yaşlanmaya səbəb olur.

Eyni zamanda, elm adamları patoloji prosesdə əsas rolun xüsusi immun hüceyrələri - eozinofil leykositlərin oynadığını aydınlaşdırıb. Bir qayda olaraq, qan dövranı sistemində iştirak edirlər, lakin mütəxəssislər onları insanlarda və siçanlarda viseral yağ toxumalarında tapıb. Bu hüceyrələr bədənin çoxhüceyrəli parazitlərdən qorunmasını təmin edir, həmçinin eozinofil leykositlər tənəffüs orqanları allergiyasının inkişafına imkan yaradır.

Qeyd edək ki, Almaniyanın Saarland Universitetinin alimləri də qocalmaya səbəb olan əsas mexanizmlərdən birini açıqlamışdı. Tədqiqatçılar kortizol hormonunun və özünəməxsus GILZ zülalının aşağı səviyyədə olması səbəbindən bədəndə xroniki iltihabın inkişaf etdiyini, əsas yaşlanma prosesi kimi qiymətləndirib. (publika.az)


Etiketlər:  Alimlər qocalmanın əsas səbəbini müəyyənləşdirdi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ