Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Eurolines'' fəaliyyətini dayandırır

''Eurolines'' fəaliyyətini dayandırır

Tarix: 27 Iyul 2020 07:48

Bakı. Trend:

Baş ofisi Fransada yerləşən məhşur "Eurolines" nəqliyyat şirkəti fəaliyyətini dayandırır.

Trend-in məlumatına görə, ucuz gediş haqları ilə Avropada səyahətin simvolu sayılan "Eurolines" 35 il avtobuslarla sərnişin daşımaları xidmətini göstərib.

"Eurolines" 2018-ci ildə 49 milyon avro əldə edib və ötən ilin aprelində alman "Flixbus" korporasiyası tərəfindən alınıb. Şirkətin fəaliyyətinin dayandırılması səbəbi kimi koronavirus pandemiyasının sərnişin daşıyıcısının maddi vəziyyətinə ciddi şəkildə ziyan vurması göstərilir.


Etiketlər:  Eurolines fəaliyyətini dayandırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ