Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2019 21:56
"Real"ın sabiq futbolçusu Raul Qonzales Madrid klubuna qayıdıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, 41 yaşlı veteran hücumçu bu dəfə məşqçi kimi çalışacaq. O, "Real"ın ikinci komandası sayılan "Kastilya"ya baş məşqçi təyin edilib. İspaniyalı ilə müqavillə imzalanıb. Sözləşmənin detalları haqda məlumat verilməyib. "Kastilya" B Sequndasında mübarizə aparır.
Qeyd edək ki, 1994-2010-cu illərdə "Real"da çıxış edən Raul 550 oyuna 228 qol vurub.