Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2020 11:52
2020-ci ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,42 faiz azalaraq 16,968 milyon dollar təşkil edib.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
İyun ayında Türkiyə Azərbaycana 2,91 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 10,48 faiz çoxdur.
2020-ci ilin yanvar-iyun aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq 1,718 milyard dollara bərabər olub.
Hesabat dövründə Türkiyənin sement ixracı ümumi ixracın 2,3 faizini təşkil edib.
Son 12 ay ərzində (iyun 2019-cu il - iyun 2020-ci il) Türkiyə 3,498 milyard dollar məbləğində sement ixrac edib.