Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Avroliqanın oyununa optimal formada çıxmağa çalışacağıq'' - Sənan Qurbanov

''Avroliqanın oyununa optimal formada çıxmağa çalışacağıq'' - Sənan Qurbanov

Tarix: 21 Iyun 2019 00:36

“Hazırlıq prosesinin gedişindən razıyam. Hər şey yaxşı gedir. Yeni mövsümə plan üzrə hazırlaşırıq. Heyətimizdə gənc futbolçularımız var. Yeni transferlərin bizə qoşulmasını gözləyirik. Futbolçular həm toplu çalışmaları icra edirlər, həm də fiziki hazırlıq üzərində çalışırlar. Bir gün 1, ertəsi 2 məşq ardıcıllığı ilə hazırlıqları davam etdiririk. Bu proqrama əsasən güc, sürət, ümumiyyətlə hər şey üzərində çalışırıq. İyulun 23-də ikitərəfli oyunumuz olacaq. Ayın 29-da “Zirə”ylə qarşılaşacağıq. Bu matçlara qədər planlaşdırdığımız müəyyən səviyyəyə çatacağıq. Ümumiyyətlə mərhələ-mərhələ inkişaf etmək fikrindəyik”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov komandanın yeni mövsüm üçün hazırlıqları haqda danışarkən klubun saytına deyib.

O,  Avropa Liqasının II təsnifat mərhələsinin püşkatmasına da toxunub. 39 yaşlı mütəxəssis ilkin mərhələnin “La Fiorita” (San-Marino) - “Enqordani” (Andorra) cütünün qalibi ilə Gürcüstan “Dinamo”su arasında I təsnifat mərhələsinin matçlarından sonra rəqibin müəyyənləşməsini gözləyir: “Tiflis “Dinamo”su favorit kimi göstərilir. Gürcüstan klubu köklü komandadır. Bu rəqiblə əvvəl də qarşılaşmışıq, tanıyırıq. Çalışacağıq ki, oyunun keçiriləcəyi tarixə - iyulun 25-dək optimal formanı yığaq. Düzdür, həmin vaxta maksimum formamızı bərpa edə bilmərik. Lakin qarşılaşmaya optimal formada çıxmağa çalışacağıq. Cütün favoritinə gəlincə, hər iki klub adı iddialı səslənir. “Dinamo” dünən Gürcüstan kubokunun oyununda məğlub olub. Həmin görüşü izlədik. Analiz də edəcəyik. Onlar ilk mərhələni keçdikdən sonra rəqibimiz olacağı tam aydınlaşacaq. Bundan sonra komanda haqda məlumat toplayacağıq”.

 


Etiketlər:  Avroliqanın oyununa optimal formada çıxmağa çalışacağıq Sənan Qurbanov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ